Ötən il sığorta ödənişlərinin 74 faizdən çoxu "PAŞA Həyat" və "PAŞA Sığorta" şirkətlərinin payına düşüb
2024-cü ildə "PAŞA Həyat Sığorta" ASC tərəfindən 594 milyon 399 min manat sığorta haqları hesablanmış, 418 milyon 779 min manat sığorta ödənişləri həyata keçirilmişdir.
Bu barədə Marja.az Mərkəzi Banka istinadən xəbər verir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə "PAŞA Həyat Sığorta" tərəfindən 517 milyon 467 min manat sığorta haqları hesablanmış, 266 milyon 164 min manat sığorta ödəniləri həyata keçirilmişdi.
2024-cü ildə "PAŞA Sığorta" ASC tərəfindən isə 317 milyon 559 min manat sığorta haqları hesablanmış, 141 milyon 291 min manat sığorta ödənişləri həyata keçirilmişdir. 2023-cü ildə bu rəqəmlər müvafiq olaraq 293 milyon 90 min manat və 144 milyon 12 min manat təşkil etmişdi.
Ötən il "PAŞA Həyat Sığorta" və "PAŞA Sığorta" şirkətləri tərəfindən birlikdə 911 milyon 958 min manat sığorta haqları hesablanmış, 560 milyon 70 min manat sığorta ödənişləri həyata keçirilmişdir. Ötən il bütün sığorta şirkətləri tərəfindən 1 milyard 353 milyon 185 min manat sığorta haqları hesablanmış, 752 milyon 712 min manat sığorta ödənişləri həyata keçirilmişdir.
Beləliklə, ötən il sığorta bazarında hesablanmış sığorta haqlarının 67,4 faizi, sığorta ödənişlərinin isə 74,4 faizi "PAŞA Həyat Sığorta" və "PAŞA Sığorta" şirkətlərinin payına düşüb. 2023-cü ildə bu nisbətlər müvafiq olaraq 66,3 faiz və 69,8 faiz idi.


"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Onlayn biznes növləri
Elon Musk kimdir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
McDonalds haqqında maraqlı faktlar
Dünyanın TOP-3 biznes universiteti hansılardı?