Özbəkistan bankları "Mir" kartlarına xidmətin bərpası üzrə işə başlayıb
Özbəkistanın bankları "Mir" kartlarına xidmətin bərpası üzərində işləyirlər, bu barədə Özbəkistan Mərkəzi Bankının İdarə Heyətinin sədri Mamarizo Nurmuratov bildirib.
"Banklarımız bu məsələdən əl çəkmir. İmkan olduqca "Mir" kartlarına xidməti bərpa etmək üçün əllərindən gələni edirlər", – deyə Nurmatov söyləyib. Onun sözlərinə görə, xidmətin bərpası haqqında danışmaq hələ tezdir.
Banker.az bu barədə "Vedomosti"yə istinadən xəbər verir.
Sentyabrın 23-də Özbəkistanın "Uzcard" adlı banklararası ödəniş sisteminin mətbuat xidməti texniki səbəblərə görə "Mir" kartlarının qəbulunun dayandırıldığını elan edib. Lakin texniki işlər nə vaxt bitəcəyini dəqiqləşdirməyib.
Qeyd edək ki, hazırda "Mir" kartları yalnız Cənubi Koreya, Belarus, Qırğızıstan, Tacikistan, Qazaxıstan, Ermənistan, Cənubi Osetiya və Abxaziyada qəbul edilir.

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Swift nədir?
Ən bahalı otellər hansılardır?
Biznes planı necə yazmaq lazımdır?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Milyonlar qazandıran qəribə biznes ideyaları