Pakistan Milli Bankının Bakı filialı: "2.5 milyon manat alacağımız var"

Pakistan Milli Bankının Bakı filialı: "Pakistan Milli Bankının Bakı filialı olaraq 0.5 milyon manat öhdəliyimizlə yanaşı, təxminən 2.5 milyon manat alacağımız və bunun müqabilində 3.4 milyon manatlıq girovumuz var".
Banker.az xəbər verir ki, bunu filialın baş menecerinin müavini Sahib Quliyev təmsil etdiyi kredit təşkilatının Azərbaycan bazarını tərk etməsini şərh edərkən deyib.
"Demək olar ki, bütün kapitalımız Maliyyə Nazirliyinin istiqrazlarındadır. Bu istiqamətdə aktivlərimizin dəyəri 6.7 milyon manatdır", – deyə o, qeyd edib.
S.Quliyevin sözlərinə görə, filialın ləğvinin yaxın 1 ildə tamamlanması nəzərdə tutulsa da, proses uzana da bilər: "Mən şəxsən buna inanmıram, prosesin ən az 2-3 il davam edəcəyini düşünürəm. Məsələn, 2019-cu ildə Almaata, Düşənbə və Aşqabadda da filiallar bağlanıb. Amma indiyə qədər ləğvetmə prosesi yekunlaşmayıb".
Bakı filialının rəsmisi onu da deyib ki, kredit təşkilatında vaxtilə 20-dən çox adam işləyib, son aylar isə işçilərin sayı yarıbayarı azaldılıb: "Artıq 8-9 nəfər ixtisar edilib, bundan sonra isə 6 nəfər saxlanılacaq".
Xatırladaq ki, Pakistan Milli Bankının Bakı filialı 1996-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 9.42 milyon manatdır.

Banklar     Tarix: 13 oktyabr 2022

Oxşar xəbərlər

PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır

"PAŞA Həyat"ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova ilə şirkətin "EDJC 2026"nın (Eşitmə Məhdudiyyətli İdmançıların Avropa Cüdo Çempionatı) baş sponsoru olması ilə əlaqədar müsahibə. - Ülviyyə xanım

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb

Bu il Azərbaycanda kiber risklər üzrə 231 min 210 manat sığorta haqqı toplanılıb. Bu barədə  Azərbaycan Mərkəzi Bankından bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, indiyə qədər həmi

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

"Yelo Bank"ın İdarə Heyətinin yenidən təyinatına baxılacaq

"Yelo Bank" ASC-nin səhmdarları dekabrın 3-də keçiriləcək növbədənkənar ümumi yığıncaqda İdarə Heyətinin sədrinin və üzvlərinin vəzifələrinə yenidən təyin olunması məsələsinə baxacaqlar. bankın bildirişinə istinadə

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld


iqtisadi xeberler kripto dollar mezenne biznes qurmaq en son xeberler