Pakistan Milli Bankının Bakı Filialının lisenziyası ləğv edilib
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 11 oktyabr 2022-ci il tarixli Qərarı ilə Pakistan Milli Bankının Bakı Filialına verilmiş 30 iyun 2005-ci il tarixli 248 nömrəli bank lisenziyası ləğv edilib.
Bu barədə Banker.az-a Mərkəzi Bankdan bildirilir. Qeyd edilir ki, "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 16.1.2-ci və 17.3-cü maddələrini rəhbər tutaraq, xarici kommersiya bankı olan Pakistan Milli Bankının müraciəti əsasında bu qərara gəlinib.
"Pakistan Milli Bankının Bakı Filialının bank lisenziyasının könüllü ləğvi ilə bağlı müraciət Pakistan Milli Bankının Orta Asiya və Azərbaycan maliyyə bazarlarından çıxış üzrə kommersiya strategiyası çərçivəsində qəbul edilmiş qərardan irəli gəlmişdir"- deyə, məlumatda deyilir.
Mərkəzi Bankdan bildirilir ki, requlyator tərəfindən Pakistan Milli Bankının Bakı Filialının lisenziyasının könüllü ləğvinə dair qərar qəbul edilərkən Filialın ləğvetmə planı və təqdim edilmiş maliyyə hesabatları əsasında öhdəliklərinin icrası imkanlarının olması nəzərə alınıb.
Belə ki, 30.09.2022-ci il tarixinə Filialın likvid aktivləri (6.7 mln. manat) cəmi öhdəliklərini (0.5 mln. manat) dəfələrlə üstələyir.
Filialın ləğvedicisi (Filialın Baş Meneceri Sheikh Ahtsham Ahmed) Azərbaycan Respublikasının qanunvericiliyinə və Filialın ləğvetmə planına müvafiq olaraq könüllü ləğv prosesini, o cümlədən kreditorları qarşısında öhdəliklərinin icrasını həyata keçirəcək.
"Mərkəzi Bank qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri daxilində ləğvetmə prosesi üzrə nəzarət edəcəkdir"- deyə, məlumatda qeyd edilir.

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Az pulla hansı işi qurmaq olar?
Bitcoin necə işləyir?
Ən çox gəlir gətirən onlayn bizneslər
İnvestisiyanın necə cəlb etmək olar?
İlon Mask kimdir?