Palata: Bəzi publik hüquqi şəxslər büdcə vəsaitlərini banklara depozit yerləşdirilib
2024-cü ilin iş planına uyğun keçirilmiş 34 auditdə büdcə vəsaitlərinin idarə edilməsi üzrə nöqsanlar aşkar edilib.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat"ında əksini tapıb.
Palata qeyd edib ki, audit nəticələri qurumlar tərəfindən proqnozlaşdırma işinə lazımi diqqətin ayrılmadığını, o cümlədən dövlət vəsaitinə tələbatın düzgün müəyyənləşdirilmədiyini və nəticədə tələbatın il ərzində dəfələrlə dəyişdirildiyini, vahid büdcə təsnifatının (büdcə uçotunun) tələblərinə əməl olunmadığını, büdcə vəsaitinin bank hesablarında istifadəsiz qalaraq təyinatı bəlli olan qalıq vəsaitlərin dövlət büdcəsinə ümumiyyətlə və ya vaxtında qaytarılmadığını göstərib.
Auditlərlə müəyyən olunub ki, bəzi publik hüquqi şəxslərdə dövlət sifarişinin mahiyyətini müəyyənləşdirən tələblər doğru müəyyən edilməyib, illik tələbatın düzgün müəyyənləşdirilməməsi nəticəsində büdcə vəsaiti müxtəlif şərtlərlə banklara depozitə yerləşdirilib.
Qeyri-büdcə gəlirlərinin dövlət sifarişi üzrə dövlət büdcəsindən maliyyələşən gəlirlərə nisbətinin artması fonunda dövlət büdcəsinin vəsaitlərindən asılılıq azalmayıb, o cümlədən əməyin ödənişi və ya mükafatlandırılma xərclərinin qeyri-büdcə mənbələrindən yaranan həmin sərbəst vəsaitlər hesabına maliyyələşdirilməsi diqqətdə saxlanmayıb. / banker.az

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Biznes qurmaq istəyənlərə 10 məsləhət
CV hazırlayarkən buraxılan 5 səhv
Ev şəraitində pul qazanmağın yolları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Yatırım olmadan necə biznes qurmaq olar?