"PAŞA Bank" 13-cü dəfə "SIBOS" beynəlxalq sərgisində iştirak edir
®Ölkənin aparıcı korporativ maliyyə institutu olan "PAŞA Bank", növbəti dəfə "SIBOS" beynəlxalq sərgisində iştirak edir.
10-13 oktyabr tarixlərində Amsterdamda keçirilən və qlobal maliyyə icmasını bir araya gətirən builki sərgi "Dəyişkən dünyada proqressiv maliyyə" mövzusuna həsr olunub.
Sərgi çərçivəsində keçiriləcək 150-dən çox sessiyada yer alan ekspertlər maliyyə xidmətləri təminatçılarına qeyri-müəyyənliklərlə dolu dövrlərdə perspektivli innovasiyaları öncədən müəyyənləşdirib uyğunlaşdırmağın, eləcə də effektiv şəkildə riskləri idarə etməyin yollarından bəhs edəcəklər.
Maliyyə sənayesində qlobal tendensiyaların yarandığı bu sərgi barəsində fikirlərini bölüşən "PAŞA Bank"ın idarə heyəti sədrinin müavini Bəhruz Nağıyev bildirib:
"Maliyyə sənayesi texnoloji innovasiyaların təsirindən davamlı şəkildə dəyişməkdədir. Bu dəyişiklik müştəri davranışında və seçimində də duyulur. Biz, "SIBOS" sərgisinə qatılmaqla, maliyyə sənayesindəki imkanlar və təhdidlərdən xəbərdar olmaq, qlobal təcrübə paylaşımı imkanlarını dəyərləndirmək və öz fəaliyyətimizdə tətbiq etmək, eləcə də, yerli bazarda texnoloji yeniliklərin əlçatanlığını təmin etmək niyyətindəyik. Əminəm ki, "PAŞA Bank"ın bu tədbirdə beynəlxalq maliyyə institutları ilə yeni işgüzar əlaqələr qurması və bunun nəticəsində yeni biznes təcrübələri əldə etməsi Azərbaycan iqtisadiyyatının real sektorunun dayanıqlı inkişafına əhəmiyyətli töhfə verəcək".
Xatırladaq ki, "PAŞA Bank", artıq 13-cü ildir ki, Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti (SWIFT) tərəfindən təşkil olunan "SIBOS" sərgisində təmsil olunur. / banker.az

Azərbaycanda ən az əmanət qoyulan bank - MƏLUM OLDU
DTX: Terror təşkilatları kriptovalyuta ilə maliyyələşdirilib
"Bitcoin" 77 min dolları ötüb - SON QİYMƏT
Avropadan Azərbaycana pul köçürmələri 56% artıb
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı
"Bundan sonra da bank birləşməsi olacaqsa, ancaq və ancaq şad olarıq"
"Sizin Lombard" ödənişləri "M10"-da ®
Sədr müavini: "PAŞA Bank"ın hər hansı bankı almaq planı yoxdur
Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?
Startup nədir və necə olur?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Kriptovalyuta nədir?
Az pulla hansı işi qurmaq olar?
Birbank xidmətinə necə qoşulmaq olar?