PAŞA Bank 2022-ci ilin 1-ci yarım ili üzrə maliyyə nəticələrini açıqlayıb

PAŞA Bank 2022-ci ilin 1-ci yarım ili üzrə maliyyə nəticələrini açıqlayıbPAŞA Bank bu gün keçirilən mətbuat konfransında 2022-ci ilin 1-ci yarım ili üzrə maliyyə nəticələrini açıqlayıb. Qeyd edilib ki, rəqəmlər 30 iyun 2022-ci il tarixinədir və audit olunmuş konsolidasiya edilmiş maliyyə hesabatlarına əsaslanır (Rəqəmlər "PAŞA Bank Azərbaycan" ilə bərabər "PAŞA Bank Türkiyə" və "PAŞA Bank Gürcüstan"ın da maliyyə gəstəricilərini əks etdirir).
Bildirilib ki, PAŞA Bank Azərbaycanın maliyyə sektorunda öz mövqeyini qorumağa və fəaliyyətini daha da genişləndirməyə davam edib. Bank, 580 milyon 355 min manat dəyərində olan ümumi kapital həcmi ilə ölkənin ən böyük kommersiya bankı mövqeyini qoruyub saxlayıb (2021: 577 milyon 438 min manat).  PAŞA Bankın cəmi aktivləri 8 milyard 59 milyon 186 min manat təşkil edib. Bu göstərici ötən ilin sonu ilə müqayisədə 15% artıb (2021: 7 milyard 8 milyon 183 min manat).
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
30 iyun 2022-ci il tarixinə Bankın aktivlərinin açıqlaması aşağıdakı kimidir:
-Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri - 31%
-Müştərilərə verilmiş kreditlər - 37%
-Kredit təşkilatlarına verilmiş kreditlər - 7%
-Qiymətli kağızlar portfeli - 23%
-Digər cari və uzunmüddətli aktivlər - 2%
2022-ci ilin ilk yarısında PAŞA Bankın ümumi kredit portfeli 1% azalaraq 3 milyard 92 milyon 607 min manat (2021: 3 milyard 123 milyon 469 min manat) təşkil edib.
Qeyd olunan dövr ərzində davamlı şəkildə müştərilərə xidmət göstərən Bank, son illər ərzində inkişaf etdirdiyi biznes əlaqələrindən bəhrələnir. Bunun nəticəsi olaraq, PAŞA Bankın müştəri depoziti bazası 6 milyard 223 milyon 408 min manata (2021: 5 milyard 181 milyon 851 min AZN) çatıb.
Müştəri depozitləri əsasən tələbli və müddətli hesablarda müvafiq olaraq 72% və 28% nisbətində cəmlənib (2021: 70% and 30%).
PAŞA Bank qrupu 2022-ci ilin 6 ayı ərzində 19 milyon 177 min manat xalis mənfəət (2021 ci il 6 ayliq: 39 milyon 163 min manat) qazandığını elan edib. Eyni dövr üçün toplam əməliyyat gəlirləri 172 milyon 641 min manat təşkil edib ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 17% çoxdur.
Beynəlxalq maliyyə institutları ilə əhatəli danışıqlar sayəsində geniş miqyaslı maliyyə alətlərindən istifadə imkanı əldə edən PAŞA Bank, korporativ müştərilərinə daha çox ticari maliyyə xidmətləri göstərməyə nail olub. Bank, həmçinin "Standard & Poors" Qlobal Reytinq agentliyindən kredit reytinqi aldıqdan sonra müştərilərin maliyyələşdirilməsi üçün daha yaxşı şərtlər əldə edib. Bank, institusional səviyyədə müştərilərlə münasibətdə məhsuldarlığı artıraraq vaxtında peşəkar xidmətlər göstərmək üçün müxtəlif seminarlar və təlimlər keçirib. / marja.az

Banklar     Tarix: 22 noyabr 2022

Oxşar xəbərlər

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur


iqtisadi xeberler bitkoin almaq internetden pul qazanmaq biznes qurmaq birbank