PAŞA Bank 2025-ci il üzrə dividend ödənişinin ilk mərhələsini uğurla başa çatdırıb

PAŞA Bank 2025-ci il üzrə dividend ödənişinin ilk mərhələsini uğurla başa çatdırıb®18 iyun 2026-cı il tarixində keçirilmiş PAŞA Bank ASC-nin Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən, Bankın 2025-ci il maliyyə nəticələri üzrə dividend ödənişinin ilk mərhələsi uğurla icra edilib.
İlk mərhələ çərçivəsində səhmdarlara ümumilikdə 53 521 500 manat məbləğində dividend ödənilib. Dividend vəsaitləri Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) tərəfindən 8 iyul 2026-cı il tarixində MDM-in apardığı səhmdarların reyestrində qeydiyyatda olan şəxslərin bank hesablarına köçürülüb.
Qeyd edək ki, PAŞA Bankın 2025-ci il maliyyə nəticələri üzrə ümumilikdə 107 milyon AZN məbləğində dividend ödənilməsi təsdiq edilib. Bankın səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) zamanı səhmləri əldə etmiş bütün fiziki və hüquqi şəxslər digər səhmdarlarla bərabər əsaslarla 2025-ci il üzrə dividend almaq hüququna malikdirlər.
Mövcud qanunvericiliyə uyğun olaraq, tənzimlənən bazarda kütləvi təklif edilmiş səhmlər üzrə dividend gəlirləri 1 fevral 2028-ci il tarixinədək fiziki şəxslərin gəlir vergisindən azaddır. Dividend ödənişinin ikinci mərhələsinin 2026-cı ilin oktyabr ayında həyata keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, PAŞA Bank ASC-nin səhmlərinin İlkin Kütləvi Təklifi 19 iyun 2026-cı ildə uğurla başa çatıb. Bu, Azərbaycan kapital bazarı tarixində ilk özəl şirkət IPO-su olmaqla yanaşı, həm fərdi, həm də korporativ investorlar tərəfindən böyük maraqla qarşılanıb. Təxminən 18 min unikal investorun iştirakı, 129,2% örtülmə nisbəti və 66,3 milyon AZN həcmində sifarişlə nəticələnən IPO investor bazasının genişlənməsinə, qiymətli kağızlar bazarına marağın artmasına və ölkədə kapital bazarının inkişafına mühüm töhfə verib. / banker.az

Banklar     Tarix: 10 iyul 2026

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Bazarda ən sürətlə böyüyən sığorta şirkəti - yığımları 84% artıb

"Meqa Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarında 22 milyon 760 min manat sığorta haqqı toplayıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik göstəriciləri əsasında apardığı hesablamalara görə, bu, ötə

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı


iqtisadi xeberler investisiya biznes ideyalari telefonla pul qazanmaq bitkoin almaq