"PAŞA Bank" ABA tərəfindən 5 nüfuzlu mükafata layiq görülüb
(®) Ölkənin aparıcı korporativ maliyyə institutu olan "PAŞA Bank", Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçirilən "Bankçılıq mükafatları" müsabiqəsinin bir neçə nominasiyasının qalibi seçilib.
Belə ki, ölkədə bank sektorunun bütün iştirakçıları arasında keçirilən müsabiqədə maliyyə institutlarının 2022-ci il üzrə fəaliyyət nəticələri qiymətləndirilib.
Assosiasiyanın ekspertləri tərəfindən verilən qərara əsasən "PAŞA Bank" 5 istiqamət üzrə nüfuzlu mükafata layiq görülüb.
Belə ki, Bank, "Korporativ sosial məsuliyyət", "Ən fəal maliyyə savadlılığı dəstəkçisi", "Nağdsız ödənişlərin təşviqi sahəsində fərqlənən ABA üzvü", "Elektron bankçılıq üzrə layihələr" və "Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələri" istiqamətlərində qalib seçilib.
Xatırladaq ki, "PAŞA Bank", ötən illərdə də ABA tərəfindən "Korporativ sosial məsuliyyət", "Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması", "Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü" və bir sıra başqa nominasiyalarda qalib olaraq fərqləndirilib. / marja.az

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif
AMB maliyyə qruplarına da nəzarət edəcək
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: "Arzumuz var!" proqramı ilə daha 6 gənc tələbə adını qazanıb
ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi! ®
Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər
İqtisadi modellər niyə artıq işləmir?
Bank of Baku subordinasiya istiqrazları buraxmağa hazırlaşır – səhmdarlar növbədənkənar toplanır
Kriptovalyuta nədir və necə alınır?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Birbank xidmətinə necə qoşulmaq olar?
"iPhone 15" modelinin üstünlükləri