"PAŞA Bank" ABA tərəfindən dörd nüfuzlu mükafata layiq görülüb
®Ölkənin aparıcı korporativ maliyyə institutu olan "PAŞA Bank", Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçirilən "Bankçılıq mükafatları" müsabiqəsinin bir neçə nominasiyasının qalibi seçilib.
Belə ki, ölkədə bank sektorunun bütün iştirakçıları arasında keçirilən müsabiqədə maliyyə institutlarının 2023-ci il üzrə fəaliyyət nəticələri qiymətləndirilib. Assosiasiyanın ekspertləri tərəfindən verilən qərara əsasən "PAŞA Bank" 4 istiqamət üzrə nüfuzlu mükafata layiq görülüb. Belə ki, Bank, "Korporativ sosial məsuliyyət", "Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü", "Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi" və "Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair marifləndirmə layihələri" istiqamətlərində qalib seçilib.
Xatırladaq ki, "PAŞA Bank", ötən illərdə də ABA tərəfindən "Korporativ sosial məsuliyyət", "Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması", "Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü" və bir sıra başqa nominasiyalarda qalib olaraq fərqləndirilib. / banker.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
"Freelance" nədir?
Biznes təlimlər və tədris üsulları
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
SMM nə deməkdir?
Shopify-da necə satışa başlamaq olar?