"PAŞA Bank" ABA tərəfindən dörd nüfuzlu mükafata layiq görülüb

(®) Ölkənin aparıcı korporativ maliyyə institutu olan "PAŞA Bank", Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçirilən "Bankçılıq mükafatları" müsabiqəsinin bir neçə nominasiyasının qalibi seçilib.
Belə ki, ölkədə bank sektorunun bütün iştirakçıları arasında keçirilən müsabiqədə maliyyə institutlarının 2023-ci il üzrə fəaliyyət nəticələri qiymətləndirilib.
Assosiasiyanın ekspertləri tərəfindən verilən qərara əsasən "PAŞA Bank" 4 istiqamət üzrə nüfuzlu mükafata layiq görülüb. Belə ki, Bank, "Korporativ sosial məsuliyyət", "Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü", "Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi" və "Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair marifləndirmə layihələri" istiqamətlərində qalib seçilib.
Xatırladaq ki, "PAŞA Bank", ötən illərdə də ABA tərəfindən "Korporativ sosial məsuliyyət", "Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması", "Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü" və bir sıra başqa nominasiyalarda qalib olaraq fərqləndirilib. / marja.az

Banklar     Tarix: 05 mart 2024

Oxşar xəbərlər

S&P: Azərbaycan bankları bu il də dayanıqlılığını qoruyacaq

Azərbaycanda bankların gəlirliliyi və kapitallaşma səviyyəsi kredit portfelinin artımı və aktivlərin keyfiyyətinin sabit olması ilə dəstəklənəcək. xəbər verir ki, bu barədə "Standard&Poors" beynəlxalq reytin

"Son illər ərzində dividend ödənişi nisbəti bankın xalis mənfəətinin minimum 35–40 faizi səviyyəsində olub"

"İlk növbədə qeyd edim ki, "PAŞA Bank" davamlı dividend ödəyən bankdır. Son illər ərzində dividend ödənişi nisbəti bankın xalis mənfəətinin minimum 35–40 faizi səviyyəsində olub. Bu göstərici bir neçə il ardıcı

Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir

Əgər müxtəlif banklarda olan kreditlərinizi bir ünvanda, həm də daha aşağı faizlə və komissiyasız birləşdirmək istəyirsinizsə, "Unibank"ın kampaniyası sizə bu imkanı yaradır. Kampaniya çərçivəsində kreditləriniz

"PAŞA Bank" səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib

Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" səhmlərinin İlkin Kütləvi Təklif (beynəlxalq terminologiyada: IPO – Inital Public Offering) üsulu ilə yerləşdirilməsinə hazırlıq mərhələsinə dair mətbua

2 BOKT-ın vəzifəli şəxsi cərimələnib

Azərbaycan Mərkəzi Bankı BOKT "Finans Kredit" MMC-nin və "SF Azerbaijan" BOKT MMC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə məlumatlar yayıb. Qeyd edilib ki, Azərbaycan Respublikasını

VTB (Azərbaycan) Vladimir Vısotskiyə həsr olunmuş konsertinə dəstək olub

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Şövkət Məmmədova adına Opera Studiyasının səhnəsində Vladimir Vısotskinin doğum gününə həsr olunmuş ədəbi-musiqili gecə keçirilib. Tədbir VTB (Azərbaycan)-ın sponsorluğu il

"Kapital Bank"ın sədrinə birinci müavin təyin edilib

"Kapital Bank" ASC-nin İdarə Heyəti sədrinin birinci müavini təyin edilib. xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Cavid Mirzəyev bu vəzifəyə təyin edilib. Əlavə olaraq C.Mirzəyev "Bir"

Hüquqi şəxslər banka gəlmədən biznes hesabı aça biləcəklər

Yelo Bank biznes müştərilərinə daha çox rahatlıq gətirən yeni xidmətini istifadəyə verdi. Artıq hüquqi şəxslər banka gəlmədən tam rəqəmsal və təhlükəsiz formada İnternet Bankçılıq platforması üzərindən pulsuz biznes hesab

2025-ci ildə aktivlərindən ən yaxşı istifadə edən bankların RENKİNQİ

2025-ci ildə Azərbaycan bank sektorunda aktivlərin mənfəətliliyi (RoA) üzrə liderliyi Bank Melli Iran-ın Bakı filialı qoruyub. xəbər verir ki, bankın RoA göstəricisi 3.67% təşkil edib, baxmayaraq ki, bu rəqəm 2024-cü ill


iqtisadi xeberler valyuta xeberleri leobank kart investisiya en son xeberler