"PAŞA Bank" Alman-Azərbaycan İxracın Maliyyələşdirilməsi Konfransının eksklüziv platin sponsorudur
Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" Bakıda keçirilən Alman-Azərbaycan İxracın Maliyyələşdirilməsi Konfransında eksklüziv platin sponsor qismində iştirak edib.
İki ölkənin yüksək rəsmi şəxslərini, biznes liderlərini və maliyyə ekspertlərini 7 oktyabr 2025-cil tarixdə bir araya gətirən tədbir Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən təşkil olunub. Konfransda enerji və yaşıl texnologiyalar, su ehtiyatlarının idarə olunması, kənd təsərrüfatı və qida emalı, eləcə də rəqəmsallaşma kimi sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.
Konfrans zamanı çıxış edən "PAŞA Bank" İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev bankların ikitərəfli ticarətin inkişafındakı rolunu vurğulayıb və "PAŞA Bank"ın Almaniya və Azərbaycan arasında beynəlxalq layihələrin maliyyələşdirilməsinə və dəstəyinə tam hazır olduğunu bildirib.
"Banklar yalnız maliyyə vasitəçiləri deyil, eyni zamanda iqtisadiyyatlar arasında körpülər quran tərəfdaşlardır. "PAŞA Bank" olaraq biz enerji, logistika, bərpa olunan enerji, sənaye və rəqəmsallaşma kimi sahələrdə əməkdaşlığın genişlənməsinə töhfə verməyə hazırıq. Əsas prioritetlərimizdən biri həm Almaniya, həm də Azərbaycan tərəfdən ixracatçı və investorların dəstəklənməsidir ki, kapital ən çox dəyər yaradacaq istiqamətlərə yönəlsin," – deyə Bəhruz Nağıyev qeyd edib.


/ banker.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Necə Bitcoin almaq olar?
Dünyanın ən çox maaş verən şirkətləri
Dünyada ən çox oxunan 5 kitab
McDonalds haqqında maraqlı faktlar