PAŞA Bank "Gələcəyi birlikdə quraq!" sosial layihəsinə start verib
®PAŞA Bank korporativ sosial məsuliyyət strategiyası çərçivəsində həssas sosial qruplardan olan gənclərin potensialının inkişafını dəstəkləyən "Gələcəyi birlikdə quraq!" ("Empowering Futures") layihəsinin maliyyə tərəfdaşı qismində çıxış edir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin və "Care Group"un təşkilatçılığı ilə həyata keçirilən təşəbbüs uşaq evlərində yaşayan və təhsil alan 13–18 yaş arasında 40 gəncin əmək bazarına hazırlığını artırmağı, həmçinin onların gələcək karyera seçimlərini daha məsuliyyətli şəkildə formalaşdırmalarına dəstək olmağı hədəfləyir.
Yekun mərhələdə hər bir iştirakçının təlim nəticələri, bacarıqları, maraq dairəsi və inkişaf potensialı nəzərə alınaraq fərdi inkişaf istiqamətləri müəyyən ediləcək. Tərəfdaş təşkilatlarla əməkdaşlıq çərçivəsində seçilmiş iştirakçılar üçün təcrübə proqramları, mentorluq və potensial məşğulluq imkanları qiymətləndiriləcək.
Qeyd edək ki, BMT-nin Qlobal Sazişinin üzvü olan PAŞA Bank üçün insan kapitalının inkişafına və gənclərin potensialının reallaşdırılmasına investisiya qoyuluşu inklüziv və dayanıqlı cəmiyyətin formalaşmasına xidmət edən prioritet korporativ sosial məsuliyyət istiqamətlərindən biridir. Bank gələcəkdə də gənclərin bilik və bacarıqlarının inkişafına, onların əmək bazarına uğurlu inteqrasiyasına və uzunmüddətli peşəkar inkişafına töhfə verən təşəbbüsləri davam etdirəcək.

/ banker.az

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Fond birjası nədir?
Dünyanın ən varlı 10 adamı
Biznes qurmaq üçün nə lazımdır?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
İnstaqramda biznes qurmağın yolları