"PAŞA Bank Gürcüstan"ın 2023-cü ili xalis mənfəətlə başa vuracağı gözlənilir
2023-cü ilin ilk 6 ayını "PAŞA Bank Gürcüstan" 1 milyon 599 min manat xalis zərər ilə, "PAŞA Bank Türkiyə" isə 856 min manat xalis mənfəət ilə başa vurub.
Marja.az-ın məlumatına görə, bunu "PAŞA Bank" ASC-nin İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Murad Süleymanov bu gün keçirilən mətbuat konfransında bidirib.
Süleymanov qeyd edib ki, 2023-cü ilin sonunda "PAŞA Bank Gürcüstan"ın xalis mənfəətə çıxacağı gözlənilir.
"PAŞA Bank" Azərbaycan isə 2023-cü ilin ilk 6 ayında 120 milyon 146 min manat xalis mənfəət əldə edib.
"PAŞA Yatırım Bankası" A.Ş. (PAŞA Bank Türkiyə) korporativ və kommersiya bankçılığı, investisiya bankçılığı, regionlararası əməliyyatlar, ticarətin maliyyələşdirilməsi, konsultasiya xidmətləri, yerli valyuta mübadilə əməliyyatları, lizinq və digər bank xidmətləri göstərir.
"PASHA Bank Georgia" SC (PAŞA Bank Gürcüstan korporativ və investisiya bankçılığı sahəsində iri, orta və kiçik müəssisələrə xidmət göstərir. Bank, kredit, depozit, ticarətin maliyyələşdirilməsi, xəzinədarlıq əməliyyatları (qiymətli kağızlar, valyuta mübadiləsi, forvard, svap, opsion) internet bankçılığı və digər məhsullar təklif edir.




"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
İnstaqramda biznes qurmağın yolları
Onlayn biznes ideyaları
Marketinq nə demədir?
Amazonda satış etmək üçün bilməli olduqlarınız