"PAŞA Bank Gürcüstan"ın işçilərinin sayı azaldılıb
2024-cü ilin birinci yarısında "PAŞA Bank Gürcüstan"ın işçilərinin sayı 167 nəfər və ya 44,2% azaldılıb. "PAŞA Bank Azərbycan"nın törəmə bankının işçilərinin sayı ötən ilin sonunda 378 nəfər ikən, 30 iyun 2024-cü il tarixində 211 nəfər təşkil edib.
Marja.az-ın məlumatına görə, dünən keçirilmiş mətbuat konfransında "PAŞA Bank" ASC-nin İdarə Heyətinin üzvü, Baş Maliyyə inzibatçısı Murad Süleymanov bildirib ki, "PAŞA Bank Gürcüstan"ın işçilərinin sayının azaldılması Bankın profilinin dəyişdirilməsi ilə əlaqədardır. Belə ki, Bank 2024-cü ilin əvvəlindən pərakəndə bankçılıqdan korporativ bankçılığa keçib. Səbəb Gürcüstanın pərakəndə bankçılıq bazarının 80%-nə 2 bankın hakim olması və həmin bazardan pay almağın böyük xərc və uzun müddət tələb etməsidir.
"PAŞA Bank Gürcüstan"ın profilinin dəyişdirilməsi Bankın maliyyə göstəricilərinin müsbətə doğru dəyişməsinə səbəb olub. Ötən ili 1 milyon 599 min manat xalis zərər ilə başa vurmuş Bank, 2024-cü ilin ilk 6 ayını 1 milyon 677 min manat xalis mənfəət ilə bağlayıb.


"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
McDonalds haqqında maraqlı faktlar
ƏDV geri al və onun üstünlükləri
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Necə Bitcoin almaq olar?
Biznes plan necə yazılır?