"PAŞA Bank" "International Investor" beynəlxalq nəşri tərəfindən 2025-ci ildə "Azərbaycanın ən yaxşı bankı" elan edilib

®Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank", 2025-ci ildə beynəlxalq maliyyə nəşri "International Investor" tərəfindən "Azərbaycanın ən yaxşı bankı" nominasiyasında qalib elan olunub. Bank bu mükafata Azərbaycanın qeyri-neft sektorunda qazandığı uğurlara və ölkə iqtisadiyyatının dayanaqlı inkişafına verdiyi töhfələrə görə layiq görülüb.
"International Investor" nəşrinin mükafat laureatlarına həsr olunmuş xüsusi buraxılışında "PAŞA Bank"ın son il ərzində nail olduğu əsas məqamlar barədə geniş məlumat təqdim edilib. Xüsusilə "yaşıl layihələrə" yönəlik investisiyalardakı artım, dayanaqlı biznes həllərinin həyata keçirilməsi, yerli və regional bazarlarda maliyyə mövqelərinin möhkəmləndirilməsi kimi nailiyyətlərdən ətraflı bəhs olunub.
Bu nüfuzlu mükafatın təqdim olunmasını şərh edən Bankın idarə heyətinin sədri Cavid Quliyev qeyd edib ki, "PAŞA Bank"ın bazarda təqdim etdiyi innovativ məhsullar, "yaşıl layihələrin" maliyyələşdirilməsi, sindikat kreditləşmə əqdi, COP29 zamanı həyata keçirdiyi layihələrin miqyası və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun dəstəklənməsi istiqamətində verdiyi töhfə xüsusi önəm daşıyır.
"Keçən il qeyri-neft sektorundakı biznes portfelimiz 3,015 milyard manatı ötüb, KOS portfelində isə öncəki illə müqayisədə 19 faiz artım qeydə alınıb. 2024-cü ilin sonuna cəmi aktivlərimiz 8,2 milyard manata, xalis mənfəətimiz 210,5 milyon manata çatıb. Bu nailiyyətlər beynəlxalq ekspertlərin diqqətindən yayınmır və bütün komandamızın əzmkarlığının və Azərbaycanın maliyyə sektorunda müsbət dəyişikliklər yaratmağa sadiqliyimizin göstəricisidir. Əminəm ki, "PAŞA Bank" bu ildə də real sektor müştərilərinə xidmət sahəsində daha geniş uğurlar qazanacaq və bununla da Azərbaycan iqtisadiyyatının dayanaqlı inkişafına daha böyük töhfələr verəcək," – deyə Cavid Quliyev qeyd edib.
Xatırladaq ki, "PAŞA Bank" son illər ərzində yerli və xarici ekspert icmaları, o cümlədən "Euromoney", "Global Finance" və digər maliyyə nəşrləri tərəfindən "Azərbaycanın ən yaxşı KOS bankı", "Azərbaycanın ən yaxşı özəl bankı" kimi nüfuzlu nominasiyalarda qalib elan olunub. / banker.az

Banklar     Tarix: 30 yanvar 2025

Oxşar xəbərlər

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm


iqtisadi xeberler valyuta kurslari depozit faizleri rubl mezenne bitcoin