"PAŞA Bank" "İqtisadiyyatın və Cəmiyyətin Dayanıqlı İnkişafında Qadınların Rolu" adlı beynəlxalq konfrans keçirib

"PAŞA Bank"ın idarə heyəti sədrinin müavini Bəhruz Nağıyev konfransın açılış mərasimində çıxış edərək, təmsil etdiyi qurumun biznesdə gender bərabərliyi məsələsinə böyük diqqət ayırdığını bildirib.
"Azərbaycanın aparıcı korporativ bankı "PAŞA Bank" xanımların peşəkar bilik və karyera irəliləyişinə, eləcə də sahibkarlıq fəaliyyətində qadın və kişilərə bərabər iş imkanlarının yaradılmasına xüsusi önəm verir. BMT Qlobal Sazişinin iştirakçısı kimi, biz bir sıra layihələri müvəffəqiyyətlə həyata keçiririk. Bugünkü konfrans çərçivəsində xanım liderləri bir araya gətirməklə, "PAŞA Bank"ın məqsədi qadın sahibkarlığına və iqtisadiyyatımızın dayanıqlı inkişafına yönəlik yeni biznes imkanlarına dair geniş fikir mübadiləsi aparmaqdır", – deyə, B. Nağıyev vurğulayıb.
Öz növbəsində, BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən xanım Alessandra Rokkasalvo qeyd edib ki, 2011-ci ildən etibarən, müxtəlif donor təşkilatlar tərəfindən maliyyələşdirilən fərqli layihələr çərçivəsində, BMT İP hökumət strukturları ilə sıx əməkdaşlıq edərək 2500-dən çox qadına dəstək olub.
"Biz qadınların bilik və bacarıqlara yiyələnməsi üçün çoxsaylı fürsətlər təmin etmişik. BMT İP yeni bizneslərin qurulmasına dəstək olmuş, qadınların Azərbaycanda sosial və iqtisadi imkanlarının artırılmasına əhəmiyyətli töhfə vermişdir", – deyə, Rokkasalvo bildirib.
Qeyd edək ki, "PAŞA Bank" tərəfindən keçirilən beynəlxalq konfransa 100-dən artıq iştirakçı qatılıb.  Bank beynəlxalq təşkilatlar, dövlət və özəl sektor arasında dialoqu gücləndirərək, qadın sahibkarlığı və qadın liderliyinə maneələrin aradan qaldırılmasına bu kimi töhfələr verməyə davam edəcək.
/ banker.az

Banklar     Tarix: 06 mart 2024

Oxşar xəbərlər

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler depozit faizleri leobank kart birbank biznes xeberleri