"PAŞA Bank" "İqtisadiyyatın və Cəmiyyətin Dayanıqlı İnkişafında Qadınların Rolu" adlı beynəlxalq konfrans keçirib

Azərbaycanın aparıcı maliyyə institutu "PAŞA Bank" tərəfindən "İqtisadiyyatın və Cəmiyyətin Dayanıqlı İnkişafında Qadınların Rolu" adlı beynəlxalq konfrans keçirilib. Tədbirin tərəfdaşı qismində "Women in Tech" təşkilatı və Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının Azərbaycandakı nümayəndəlikləri çıxış edib.
8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konfransda dəvət edilmiş Milli Məclisin, İqtisadiyyat Nazirliyinin, BMT İnkişaf Proqramının (BMT İP) və BMT Qlobal Sazişinin Azərbaycandakı nümayəndəliklərinin, Dünya Bankının, "PAŞA Bank"ın və başqa qurumların təmsilçiləri Azərbaycanda gender bərabərliyinin qorunması, lider qadınların ölkəmizin dayanıqlı inkişafında rolu və bu istiqamətdə onların dəyərli töhfələrini geniş müzakirə ediblər. Tədbirdə çıxış edən beynəlxalq və yerli məruzəçilər, panel müzakirələrinin iştirakçıları Azərbaycanın və digər ölkələrin iqtisadiyyatında qadınların mövqeyi, regionda və dünyada yeni çağırışlar fonunda onların cəmiyyətin mənafeyini gücləndirən töhfələrinə dəstək mexanizmləri barədə fikir mübadiləsi aparıblar.
"PAŞA Bank" xanımların peşəkar bilik və karyera irəliləyişinə, eləcə də sahibkarlıq fəaliyyətində qadın və kişilərə bərabər iş imkanlarının yaradılmasına xüsusi önəm verir. BMT Qlobal Sazişinin iştirakçısı kimi, biz bir sıra layihələri müvəffəqiyyətlə həyata keçiririk. Bugünkü konfrans çərçivəsində xanım liderləri bir araya gətirməklə, "PAŞA Bank"ın məqsədi qadın sahibkarlığına və iqtisadiyyatımızın dayanıqlı inkişafına yönəlik yeni biznes imkanlarına dair geniş fikir mübadiləsi aparmaqdır", – deyə, "PAŞA Bank"ın idarə heyəti sədrinin müavini Bəhruz Nağıyev vurğulayıb.
Qeyd edək ki, "PAŞA Bank" tərəfindən keçirilən beynəlxalq konfransa 100-dən artıq iştirakçı qatılıb.  Bank beynəlxalq təşkilatlar, dövlət və özəl sektor arasında dialoqu gücləndirərək, qadın sahibkarlığı və qadın liderliyinə maneələrin aradan qaldırılmasına bu kimi töhfələr verməyə davam edəcək. / banker.az

Banklar     Tarix: 07 mart 2024

Oxşar xəbərlər

"Azərbaycan Sənaye Bankı"na yeni sədr təyin edilib – Uzun müddətdir orada çalışırdı

"Azərbaycan Sənaye Bankı" ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib. xəbər verir ki, səhdmarların Ümumi Yığıncağının qərarına əsasən bankın İdarə Heyətinin üzvü Sarvan Umudvar oğlu Mikayılov İdarə Heyətini

ABB partnyorları ilə görüş ®

ABB-nin partnyorları ilə kommunikasiyaların daha da inkişafı, Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında faydalı rəylərin öyrənilməsi məqsədilə partnyorlarla görüş keçirilib. Görüşdə ABB-nin 80-dən çox partnyoru iştira

ABB Pay-lə yeni rəqəmsal ödəniş dövrü başlandı

ABB rəqəmsal maliyyə xidmətləri sahəsində inteqrasiya proseslərini uğurla davam etdirərək müştərilər üçün yeni imkanlar yaradır. Bank innovativ rəqəmsal ödəniş üsulu olan ABB Pay-i istifadəyə verib. Yeni həll elektron ticarə

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib

Biznes sahibləri üçün yeni fürsət – kredit müddətinin son 100 günü faizsiz!. Ölkəmizdə sahibkarlığın inkişafına xüsusi önəm verən Bank Respublika, sahibkarların maliyyə imkanlarını genişləndirmək və bizneslərinin inkişafın

ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı

ABB Maliyyə Qrupu ilə Özbəkistanda fəaliyyət göstərən Davr Bank kommersiya bankı arasında əqdin bağlanması prosesi uğurla tamamlanıb. ABB-yə istinadən xəbər verir ki, əqd 10 sentyabr 2026-cı il tarixində Daşkənd Fond Birjasınd

"Bank of Baku"da növbədənkənar yığıncaq keçiriləcək – istiqraz məsələsi gündəmdə

"Bank of Baku" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 18 sentyabr 2026-cı il saat 10:00-da bankın Baş İdarəsində, Bakı şəhəri, Atatürk prospekti 42 ünvanında keçiriləcək

"Davr Bank"ın ABB qrupuna qoşulması regional biznes əlaqələrini genişləndirəcək"

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Özbəkistanın "Davr Bank"ının uzunmüddətli emitent kredit reytinqini "B"dən "B+"a yüksəldib və bankın qısamüddətli kredit reytinqin

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA

"Bank Respublika" ASC və "Access Bank" QSC-nin səhmdarları "Bank Respublika"nın "Access Bank"ın səhmlərinin 100 %-ni almasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər

Rusiyadan Azərbaycana pul köçürmələri 67% artıb

2026-cı ilin ilk yarısında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 356,7 milyon dollar pul köçürülüb. Bu, ötən ilin eyni dövründəki 213,1 milyon dollarla müqayisədə 67,4% artım deməkdir. Azərbaycan Mərkəzi Bankın


iqtisadi xeberler bitcoin qiymeti bank faizleri online pul qazanmaq leobank kart