PAŞA Bank səhmləri üzrə overnight ödənişlərinin icrası uğurla tamamlandı
Ölkənin ilk korporativ IPO-su olan PAŞA Bank səhmlərinə abunə yazılışı müddətində investorlar tərəfindən yerləşdirilmiş vəsaitlərə illik 5%* hesablanmış overnight gəlirləri investorların hesablarına köçürülüb.
Ödənişlərin icrası layihənin əsas anderrayteri olan PAŞA Kapital tərəfindən həyata keçirilib və nəzərdə tutulan hesablaşmaların növbəti mərhələsi uğurla yekunlaşıb.
Qeyd edək ki, cari ilin tarixi hadisəsi hesab olunan PAŞA Bank-ın IPO-su investorlar tərəfindən yüksək maraqla qarşılanıb. İlkin kütləvi təklif çərçivəsində 18 minə yaxın investor tərəfindən 20 mindən artıq sifariş təqdim olunub, ümumi tələb isə təklif olunan həcmdən 29% çox olub.
Məlumat üçün bildirək ki, IPO çərçivəsində Bakı Fond Birjasında uğurla yerləşdirilmiş PAŞA Bank səhmlərinin 29 iyun 2026-cı il tarixindən etibarən təkrar bazarda ticarətinə başlanılmışdır.
IPO çərçivəsində PAŞA Bank səhmlərinin abunə yazılışına qoşula bilməyən şəxslər, təkrar bazarda PAŞA Kapital vasitəsilə sifariş yerləşdirərək əldə edə bilərlər.
*Qeyd: Overnight gəlirlərinə qanunvericiliyə uyğun olaraq müvafiq vergilər tətbiq edilmişdir.
PAŞA Kapital İnvestisiya Şirkətinin xidmət və məhsulları haqqında daha ətraflı məlumat üçün pashacapital.az saytına və ya 1548 qısa nömrəli Çağrı Mərkəzinə müraciət etməyiniz mümkündür. / banker.az

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Biznes nədir?
"Freelance" nədir?
Marketinq nə demədir?
Green Card nədir və onu necə əldə etmək olar?
İnstaqramda biznes qurmağın yolları