"PAŞA Bank" tərəfindən ümummilli lider Heydər Əliyevə həsr olunan "Növbəti 100 il" adlı rəqəmsal incəsənət müsabiqəsinin qalibləri mükafatlandırılıb
®Ölkənin aparıcı korporativ maliyyə institutu olan "PAŞA Bank", Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr etdiyi "Növbəti 100 il" müsabiqəsinin qaliblərini mükafatlandırıb.
Mükafatlandırma mərasimi iyul ayının 20-də "PAŞA Bank"ın baş ofisində keçirilib. Beləliklə də, müsabiqənin ilk üç pilləsinin qalibləri olan Əsmər Göyüşovaya, Aynur İsayevaya və Orxan Qurbanova müvafiq olaraq 5000 AZN, 3000 AZN və 1000 AZN dəyərində mükafat təqdim olunub.
Xatırladaq ki, "PAŞA Bank" bu rəqəmsal incəsənət müsabiqəsi vasitəsilə yaradıcı şəxsləri ulu öndərin banisi olduğu müasir Azərbaycanın növbəti 100 ilini təsvir etməyə səsləyib. Müsabiqə tələblərinə uyğun gələn əsərlər isə Azərbaycanın rəqəmsal incəsənət və marketinq sahəsinin aparıcı simalarının təmsil olunduğu münsiflər heyəti tərəfindən qiymətləndirilərək qaliblər müəyyənləşdirilib.
Sosial məsuliyyətli korporativ vətəndaş olan "PAŞA Bank", fəaliyyəti boyunca ölkəmizin milli və mədəni irsinin qorunmasını, gələcək nəsillərə ötürülməsini və beynəlxalq müstəvidə tanıdılmasını diqqət mərkəzində saxlayıb. Bank, bu müsabiqəni keçirməklə müasir Azərbaycanın qurucusu və ümummilli lideri Heydər Əliyevin irsinin tərənnümünə öz töhfəsini verməyi hədəfləyib.

/ banker.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
IBAN nədir?
Onlayn biznes növləri
Proqramçılar üçün TOP-5 Freelance sayt
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Cash Back nədir?