"PAŞA Bank" və "Bloomberg NEF" tərəfdaşlığı çərçivəsində "Xalis sıfır emissiyaya keçid: dayanıqlı gələcək üçün biznes modellərinin formalaşdırılması"

®Mayın 21-də Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" və "Bloomberg NEF" beynəlxalq strateji araşdırma mərkəzinin tərəfdaşlığı ilə Bakıda "Xalis sıfır emissiyaya keçid: dayanıqlı gələcək üçün biznes modellərinin formalaşdırılması" adlı tədbir keçirilib.
Tədbirdə dövlət qurumları, Azərbaycan Banklar Assosiasiyasının üzvləri, ölkədəki xarici ticarət palatalarının təmsilçiləri, "PAŞA Bank" rəsmiləri və müştəriləri, "PAŞA Holdinq" nümayəndələri və digər qonaqlar iştirak edib.

Konfransın açılışında iştirak edən "PAŞA Bank"ın İdarə heyətinin sədrinin müavini Bəhruz Nağıyevin sözlərinə görə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində keçirilən bu tədbir müxtəlif sektorların karbonsuzlaşdırma strategiyaları, inkişaf edən bazarlarda yeni enerji növlərinə keçid və digər aktual mövzuların müzakirə edilməsi üçün mükəmməl bir imkandır.
"Tədbirin məqsədi biznes və dayanıqlılıq üzrə mütəxəssislər arasında açıq dialoq və bilik mübadiləsini inkişaf etdirməkdir. Aparıcı korporativ bank olaraq "PAŞA Bank" real sektorda təmsil olunan bizneslərin qlobal istiləşmə ilə əlaqədar xalis sıfır emissiya hədəfinə çatmaq üçün dəstək göstərməyə başlayan ilk maliyyə institutlarından biridir. Ənənəvi olaraq, Bank real sektor üçün güclü və sabit tərəfdaş mövqeyindən çıxış edərək, biznesin dayanıqlı inkişafını dəstəkləməklə ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verməyə hazırdır", – deyə, B. Nağıyev bildirib.
Bank rəsmisi alternativ enerji mənbələrinin istifadəsi ilə bağlı Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə toxunaraq, "PAŞA Bank"ın ölkənin bu sahədə yeritdiyi siyasətə töhfəsindən danışıb.
"PAŞA Bankın bu istiqamətdəki təşəbbüsləri ölkə rəhbərliyinin alternativ enerji mənbələrinin istifadəsi istiqamətində həyata keçirdiyi layihələrin gerçəkləşməsinə öz töhfəsini verir," deyə Nağıyev bildirib.
Qeyd edək ki, 100-dən çox iştirakçının qatıldığı tədbirdə xarici və yerli ekspertlər "yaşıl maliyyələşmə" prinsiplərinin təşviqi, ölkəmizdə dayanıqlı gələcək naminə dövlət və bizneslərin əməkdaşlığının genişləndirilməsi, yerli bazarda "yaşıl həllərin" tətbiqi üzrə fikir mübadiləsi aparıblar. Bu sahədə zəngin təcrübəyə malik olan "Bloomberg NEF" mütəxəssisləri Azərbaycanda ESG (ekoloji, sosial və idarəetmə) üzrə beynəlxalq yanaşma, bərpa olunan enerji mənbələrinin inkişafı, bu sahədə xarici investisiyaların cəlb edilməsi və digər istiqamətlər üzrə ətraflı məlumatı iştirakçılar ilə bölüşüblər.
Xatırladaq ki, ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" 2023-cü ildə "BMT Qlobal Sazişi"nin üzvü olub. Bankın "2024-2026-cı illər üçün Korporativ Sosial Məsuliyyət (KSM) strategiyası" həmin qlobal təşəbbüsün Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) uyğun tənzimlənib. Həmin DİM-lərin arasında "İqlim dəyişikliyinə qarşı mübarizə" sahəsi xüsusi yer tutur və Bank cari strateji period ərzində bu istiqamət üzrə fəaliyyətini genişləndirmək niyyətindədir.
/ banker.az

Banklar     Tarix: 21 may 2024

Oxşar xəbərlər

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu


iqtisadi xeberler dollar kursu telefonla pul qazanmaq biznes qurmaq depozit faizleri