"PAŞA Bank" Visa-nın xüsusi mükafatı ilə təltif olundu ®
Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" Visa beynəlxalq ödəniş sisteminin xüsusi mükafatına layiq görülüb.
Bu mükafat Banka "Tap to Phone" texnologiyasının istifadəsi və "PASHA Private Banking" müştəriləri üçün xüsusi kartların təqdimatı ilə ölkədə ödəniş sisteminin inkişafına töhfəsinə görə təqdim edilib. Mükafatlandırma prosesi 24–25 may 2025-ci il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən Ödəniş sistemləri və rəqəmsal bankçılıq, eləcə də Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə ekspert qruplarının görüşündə baş tutub.
Qeyd edək ki, "Tap to Phone" (mPOS) məhsulu smartfonları POS terminalına çevirərək sahibkarlara Android cihazları üzərindən təhlükəsiz və sürətli ödəniş qəbul etməyə imkan verir. Fiziki terminala ehtiyac olmadan həyata keçirilən bu ödənişlər, lazım olduqda, fiskal kassa cihazı ilə inteqrasiya edilərək e-qəbzin vergi orqanlarına ötürülməsini də təmin edir.
"Horizon" və "Heritage" eksklüziv kartları isə fərdi bankçılıq xidmətləri, premium tədbirlərə çıxış, öncədən sifariş imkanı və "Miles and Smiles" çərçivəsində millər toplamaq kimi üstünlüklər təqdim edir. Kart sahibləri və onların ailələri həmçinin "Fast Track", "Lounge Key" və "Air Transfer" xidmətlərindən yararlana bilirlər.
Xatırladaq ki, "PAŞA Bank" son illər ərzində rəqəmsal bankçılıq və biznes xidmətləri sahəsində mühüm uğurlara imza atıb. Belə ki, 2024-cü ildə "SME Banking Agency" bankın onlayn platformasını ölkənin ən yaxşı biznes bankı, mobil tətbiqini isə 112 meyar əsasında ən yaxşı mobil bankı elan edib. Eyni ildə Bank "Euromoney" jurnalı tərəfindən "Azərbaycanın ən yaxşı KOS bankı", 2025-ci ildə isə "International Investor" jurnalı tərəfindən real sektorun dayanıqlı inkişafına verdiyi töhfəyə görə "Azərbaycanın ən yaxşı bankı" seçilməsi də yer alır.
! Bu məlumat tərəfdaşlıq əsasında yayımlanıb. / marja.az

AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"iPhone 15" modelinin üstünlükləri
Dünyanın ən varlı 10 adamı
Biznes qurmaq üçün nə lazımdır?
Bitcoin necə işləyir?