"PAŞA Bank" xalis gəlir üzrə rekord artıma nail olub

Bu gün "PAŞA Bank"ın cari ilin yarımilinə dair maliyyə nəticələrinin açıqlandığı mətbuat konfransı keçirilib.
Konfransda "PAŞA Bank"ın idarə heyəti sədrinin müavini Bəhruz Nağıyev, idarə heyətinin üzvü və baş maliyyə inzibatçısı Murad Süleymanov, komplayns və idarəetmə blokunun baş direktoru Anar Kərimov tədbirdə çıxış edərək mətbuat nümayəndələrini maraqlandıran məqamlara aydınlıq gətirdilər.
Bank, 2023-ci ildə də Azərbaycanın maliyyə sektorunda öz mövqeyini qorumağa və fəaliyyətini daha da genişləndirməyə davam edib.
Bank, 9,158,232 min manat dəyərində olan cəmi aktivləri ilə ölkənin ən böyük kommersiya bankı mövqeyini qoruyub saxlayıb. İl sonu etibarilə PAŞA Bankın cəmi kapital həcmi 726,981 min manat təşkil edib (2022: 648,284 min manat).
30 iyun 2023-ci il tarixinə Bankın aktivlərinin açıqlaması aşağıdakı kimidir:
– Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri – 24%
– Müştərilərə verilmiş kreditlər – 32%
– Qiymətli kağızlar portfeli – 26%
– Kredit Təşkilatlarına verilmiş kreditlər – 10%
– Digər cari və uzunmüddətli aktivlər – 8%
PAŞA Bankın 2023-ci ilin ilk altı ayında ümumi kredit portfeli ötən ilin  sonu ilə müqayisədə 9% azalıb 3,069,875 min manat olmuşdur (2022: 3,388,059 min manat). "PAŞA Bank Azərbaycan" xalis gəlir 250,2% artaraq, 120,146 min AZN məbləğə çatdı (2022 ilk altı ay: 34,312 min manat), konsolidə edilmiş xalis mənfəəti isə ötən ilin analoji dövri ilə müqayisədə 6 dəfə artaraq 117,009 min manat olmuşdur. (2022 ilk altı ay: 19,177 min manat).
Maliyyə nəticələri ilə tanış olmaq üçün bu linkə keçid edin.
* Əksi göstərilmədikcə, bütün rəqəmlər 30 iyun 2023-cü il tarixi etibarilə təqdim edilib və audit olunmuş konsolidasiya edilmiş maliyyə hesabatlarına əsaslanıb. / banker.az

Banklar     Tarix: 20 oktyabr 2023

Oxşar xəbərlər

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs


iqtisadi xeberler biznes ideyalari avtomobil xeberleri bitkoin almaq biznes krediti