"PAŞA Bank" yeni təcrübə proqramı ilə peşəkar inkişaf fürsəti təqdim edir
®Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" müştəri məmnuniyyətinin standartlarının inkişafı və göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına hədəflənən "Öncə müştəri" təşəbbüsü çərçivəsində müxtəlif layihələrin həyata keçirilməsinə start verib. Bu istiqamətdəki ilk layihələrdən biri yeni məzunlar və tələbələr üçün bank sahəsində peşəkar inkişaf və uğurlu karyera qurmaq məqsədilə PAŞA Bank təcrübə proqramı təqdim edir.
Proqram 6 aylıq müddəti əhatə edir. İştirakçılar bank sektorunda real iş mühiti ilə tanış olacaq, müştərilərlə birbaşa əlaqə quraraq praktiki təcrübə toplayacaq və müştəri xidmətləri sahəsində dərin biliklər əldə edəcəklər. Eyni zamanda, Bankın müştəri məmnuniyyətinin strategiyasının bir hissəsi olaraq, iştirakçılara korporativ iş mühitində fəaliyyət göstərmək və peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı təqdim edilir. "PAŞA Bank" mütəxəssisləri tərəfindən keçirilən təlimlərə qoşularaq iştirakçılar biznes bilikləri ilə yanaşı praktiki bacarıqlar da əldə edəcəklər.
Təcrübə proqramı yüksək kommunikasiya bacarığına, təşəbbüskarlığa, komandada effektiv işləmək və detallara diqqət yetirmək qabiliyyəti olan bakalavr təhsilinin 3-cü və 4-cü kurs tələbələri, hazırkı magistr tələbələri və 2024-cü il məzunları üçün nəzərdə tutulub.
Proqram haqqında ətraflı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün linkə daxil olun: . / banker.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Onlayn biznes növləri
Elon Musk kimdir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
McDonalds haqqında maraqlı faktlar
Dünyanın TOP-3 biznes universiteti hansılardı?