PAŞA Bankdan növbəti ilk: SİMA Pay üz tanıma ödəniş həlli POS-terminallarda təqdim olundu
®PAŞA Bank yerli bazarda innovativ və dayanıqlı ödəniş həllərinin tətbiqini davam etdirir. Ölkədə ilk dəfə POS-terminal üzərindən üz tanıma ilə "SİMA Pay" ödəniş qəbulu "PAŞA Bank" POS-terminallarında pilot versiyada aktivləşdirildi. Artıq müştərilər fiziki kart və nağd vəsaitə ehtiyac olmadan, yalnız üz tanıma ilə rahat şəkildə biometrik ödəniş edə bilərlər.
Xidmət hazırda yalnız "PAŞA Bank" kart sahibləri üçün "City Mall"da yerləşən "Bravo" supermarketində aktivdir. Yaxın müddətdə xidmət digər ödəniş məntəqələrində də istifadəyə veriləcək.
PAŞA Bankın POS-terminallarında bu funksionallığın tətbiqi ölkənin rəqəmsal ödəniş ekosisteminin inkişafına töhfə verməklə yanaşı, Bank tərəfindən müştəri mərkəzliliyi prinsipinə əsaslanan yeni xidmət yanaşmasının da nümunəsidir. Bu həll istifadəçi təcrübəsinin sadələşdirilməsi, ödəniş prosesinin daha rahat və əlçatan olması istiqamətində atılmış növbəti addımdır.
PAŞA Bank innovasiya, dayanıqlı inkişaf və müştəri ehtiyaclarına uyğun həllərin yaradılması istiqamətində fəaliyyətini davam etdirərək ölkədə rəqəmsal maliyyə xidmətlərinin inkişafına töhfə verməyi qarşısına məqsəd qoyur. / banker.az

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Biznes nədir?
"Freelance" nədir?
Marketinq nə demədir?
Green Card nədir və onu necə əldə etmək olar?
İnstaqramda biznes qurmağın yolları