"PAŞA Bank"dan onlayn biznes krediti 2 saata hesabınızda
®Müştəri təcrübəsinin təkmilləşdirilməsini daim hədəfləyən "PAŞA Bank" maliyyə əlçatanlığının artırılması istiqamətində yeni addımlar atmağa davam edir.
Beləliklə, bütün şərtlərin tətbiq olunduğu halda onlayn biznes krediti üzrə müraciətə cavab müştərilərə 15 dəqiqə* ərzində bildirilir. Sorğu təsdiq olunduğu halda, vəsait 2 saat* ərzində sahibkarın hesabına köçürülür.
Kreditə müraciət prosesini daha da asanlaşdırmaq üçün biznes sahibləri tərəfindən Bankın filiallarına əlavə sənədlər təqdim edilməsi və ya hesab açılması tələb olunmur. Bank, 250 000 AZN-ə qədər onlayn biznes kreditini müştərilərə tamamilə onlayn şəkildə əldə etmək imkanı təqdim edir. Bu yanaşma, müştərilərin vaxtını optimallaşdıraraq, bizneslərini daha səmərəli şəkildə idarə etmələrinə dəstək göstərir.
Bu fürsətdən yararlanmaq üçün linkə keçid edin.
Xatırladaq ki, "PAŞA Bank" real sektorun və biznesin dayanıqlı inkişafına verdiyi töhfələrə görə "İnternational Investor" beynəlxalq nəşri tərəfindən "Azərbaycanın ən yaxşı bankı" elan edilib.
*Şərtlər tətbiq ediləcəkdir.
Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün) , *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.
PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirir və müştəri məmnunluğunun artırılması üzrə mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu səbəbdən də, Müştərilərimizlə daima əlaqədə olmaq və göstərdiyimiz xidmətlər haqqında onların fikirlərini bilmək bizim üçün olduqca mühümdür. Bunu nəzərə alaraq bizimlə bölüşmək istədiyiniz məqamları [email protected] ünvanına elektron məktub yazmaqla çatdıra bilərsiniz. / banker.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
McDonalds haqqında maraqlı faktlar
Kriptovalyuta nədir və necə alınır?
Bitcoin nədir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Kriptovalyuta nədir?