"PAŞA Bank"dan sahibkarlar üçün yeni endirimli biznes kredit kampaniyası
®Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" yerli bazarda müştərilərinin rəqabət qabiliyyətini artırmaq üçün həyata keçirdiyi təşəbbüsləri davam etdirir.
Bank 31 oktyabr 2025-ci il tarixinədək davam edəcək yeni kampaniya çərçivəsində KOS müştərilərinə bizneslərini böyütmək və maliyyə xərclərini azaltmaq üçün onlayn biznes kreditini 2% endirimlə əldə etmək imkanı təqdim edir. Bu imkandan yararlanacaq sahibkarlar 250 000 AZN-dək girovsuz onlayn biznes kreditini 13%-dən deyil, yalnız 11%-dən başlayan şərtlərlə əldə edə bilərlər. Kampaniya haqqında ətraflı məlumat almaq və bu fürsətdən istifadə etmək üçün linkə keçid edin.
Xatırladaq ki, Azərbaycan bazarında kiçik və orta sahibkarlıq seqmentinin inkişafına verdiyi dəstəyə görə "PAŞA Bank" 2024-cü ildə nüfuzlu beynəlxalq maliyyə nəşri "Euromoney" tərəfindən "Ən yaxşı KOS bankı" mükafatına layiq görülüb. Bundan əlavə, Bank 2025-ci ildə real sektorun və biznesin dayanıqlı inkişafına verdiyi töhfələrə görə "International Investor" və "Euromoney" beynəlxalq nəşrləri tərəfindən "Azərbaycanın ən yaxşı bankı" elan edilib, həmçinin "Stevie Awards" tərəfindən "İlin şirkəti" nominasiyasında "Gold Stevie" mükafatı qazanan ilk Azərbaycan bankı olub. Bundan başqa, "PAŞA Bank" bu il "Global Finance" nəşri tərəfindən təqdim edilən "World"s Best Private Banks 2025" mükafatlarının qaliblərindən biri olaraq tanınıb. / banker.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Necə Bitcoin almaq olar?
Dünyanın ən çox maaş verən şirkətləri
Dünyada ən çox oxunan 5 kitab
McDonalds haqqında maraqlı faktlar