"PAŞA Bank"ın dəstəyi ilə Azərbaycan xalçaları Riqada nümayiş olunub
®Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" Azərbaycanın milli mədəni irsinin qorunması və dünyada təbliği istiqamətində təşəbbüslərini davam etdirir.
Bu təşəbbüs çərçivəsində "PAŞA Bank" ölkəmizin zəngin xalçaçılıq sənətinin Avropada tanıdılması və Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlərin 30 illiyi münasibətilə Avropanın nüfuzlu mədəniyyət ocağı hesab olunan Latviyanın Dekorativ İncəsənət və Dizayn Muzeyinə müasir üslubda toxunmuş 3 xalçanı hədiyyə edib. Bu xalçalar Riqa şəhərində təşkil olunan "Yaddaşın genetik kodu. Azərbaycan xalçaları" adlı sərgidə nümyayiş olunub.
Qeyd edək ki, Bank "Azərxalça" ASC və "AFFFAIR" markası tərəfindən qədim xalçaçılıq ənənələri əsasında müasir nümunələrin hazırlanması layihəsinin tərəfdaşlarından biri olub.
Bu layihədə, "Açma-yumma", "Qarabağ", "Naxçıvan", "Pazırıq" və "Şəbəkəli" xalçalarının elementlərindən ilhamlanaraq məhdud sayda hazırlanmış müasir xalça nümunələrinin bir hissəsi mədəni irsin qorunması, müasirləşdirilməsi və gələcək nəsillərə ötürülməsi məqsədilə Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasına hədiyyə olunub. / banker.az

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Françayzinq nədir və necə olur?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Dünyanın ən zəngin idmançıları