"PAŞA Bank"ın dəstəyi ilə keçirilən "Best Managed Companies 2024" müsabiqəsinə start verildi
®Azərbaycanın aparıcı korporativ bankı "PAŞA Bank" və "Deloitte" şirkətinin birgə keçirdiyi "Best Managed Companies 2024" nüfuzlu biznes müsabiqəsinə bu gün rəsmi olaraq start verildi.
"Best Managed Companies" layihəsi özəl sektorda çalışan qabaqcıl Azərbaycan şirkətlərinin uğurlarını yerli bazarda və beynəlxalq arenada tanıtmaq üçün unikal bir fürsətdir. Bu platforma Azərbaycanın biznes icması üçün bilik və təcrübəni paylaşmağa, dayanıqlı inkişaf prinsiplərinə önəm verən şirkətlərin bazarda tanınmasına və onların beynəlxalq biznes mühitinə inteqrasiya olmasına imkanlar yaradır.
Müsabiqənin əsas məqsədi Azərbaycan bazarında fəaliyyət göstərən şirkətlərin rəqabətə davamlılığının gücləndirilməsi, biznes subyektlərinin korporativ idarə edilməsi, insan resursları, likvidlik və kapitalın idarəolunması sahələrinin təkmilləşdirilməsinə dəstək olmaq və bununla da ölkəmizin biznes mühitinin inkişafına töhfə verməkdir. Bu nüfuzlu müsabiqənin qalibləri "Best Managed Companies" beynəlxalq şirkətlər şəbəkəsinə qoşulub, dünyaca məşhur şirkətlər siyahısında yer alırlar.
"PAŞA Bank"ın idarə heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyevin sözlərinə görə, bu layihə birmənalı olaraq Azərbaycan iqtisadiyyatının sağlam inkişafına və sabitliyinə təsir edir, bu isə öz növbəsində ölkədəki korporativ idarəetmənin inkişafına yönəlmiş təşəbbüslərə əlavə dəstək verəcək.
"Bunu nəzərə alaraq, iqtisadiyyatın real sektorunun inkişafına daim dəstək verən "PAŞA Bank" bu layihənin həyata keçirilməsində artıq 3-cü dəfə əsas tərəfdaş qismində çıxış edir. Fürsətdən istifadə edərək, mən Azərbaycanda fəaliyyət göstərən şirkətləri bu nüfuzlu müsabiqədə aktiv iştirak etməyə və beynəlxalq təcrübə və bilikləri mənimsəyərək rəqabət üstünlüyündən faydalanmağa dəvət edirəm," – deyə, Bankın idarə heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev vurğulayıb.
Aparıcı şirkətlər arasında tanınmaq şansını əldə etmək üçün 22 noyabr 2023-cü il tarixinədək müraciət edin və müsabiqəyə qoşulun. "Best Managed Companies" layihəsi sayəsində şirkətinizin mükəmməlliyini təsdiqləyin və yeni zirvələrə doğru addımlayın.
Bu fürsətdən yararlanmaq üçün linkə keçid edin. / banker.az

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
CV hazırlayarkən buraxılan 5 səhv
Marketinq nə demədir?
İlon Mask kimdir?
Necə Bitcoin almaq olar?
Biznes nədir və hansı növləri var?