"PAŞA Bank"ın dəstəyi ilə "Tullantıları hədiyyələrə dəyiş" festivalı keçirildi
®Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank"ın dəstəyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə "Tullantıları hədiyyələrə dəyiş" festivalı keçirilib.
22 Aprel – Beynəlxalq Yer Günü münasibətilə baş tutan tədbir tullantıların düzgün idarə olunması sahəsində əhalinin maarifləndirilməsini hədəfləyib. Aksiya zamanı vətəndaşlar tərəfindən ümumi tutumu 3481 litr olan şüşə, 1040 litr olan plastik tullantı, 831 ədəd işlənmiş batareya təhvil alınıb, əvəzində onlara müxtəlif hədiyyələr verilib. Festival çərçivəsində iştirakçılara musiqili proqram, tullantıların çeşidlənməsinə dair uşaqlar üçün maarifləndirici oyunlar, ekoçantalar üzərində rəsmlərin çəkilməsi və müxtəlif master klasslar təqdim olunub.
2024-cü ildən start verilən və dəfələrlə təşkil olunan festival tullantıların təkrar emal edilərək dəyərli resursa çevrilə biləcəyini göstərməklə, cəmiyyətdə ətraf mühitə qarşı daha məsuliyyətli yanaşmanı təşviq edir.
Qeyd edək ki, ekoloji cəhətdən təmiz bir gələcək üçün səylərini səfərbər edən Bank təbiətin mühafizəsi və ətraf mühitin qorunmasına yönələn bir sıra təşəbbüslərin aktiv iştirakçılarındandır. "PAŞA Bank" 2023-cü ildə "BMT Qlobal Sazişi"nin üzvü olub. Bankın "2024-2026-cı illər üçün Korporativ Sosial Məsuliyyət (KSM) strategiyası" həmin qlobal təşəbbüsün Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) uyğun tənzimlənib. Həmin DİM-lərin arasında "İqlim dəyişikliyinə qarşı mübarizə" sahəsi xüsusi yer tutur və Bank cari strateji dövrdə bu istiqamət üzrə fəaliyyətini genişləndirməkdədir.
/ banker.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
İban nədir?
SMM nə deməkdir?
Kriptovalyuta nədir?
IMEI kod nədir?
Bill Qeyts kimdir?