"PAŞA Bank"ın sədri Cavid Quliyev: "Əsas fokusumuz real sektorun inkişafıdır"

®"PAŞA Bank"ın sədri C.Quliyev: "Əsas fokusumuz real sektorun inkişafıdır"
2024-cü ildə ölkənin aparıcı korporativ bankı olan "PAŞA Bank" 2024-2026 illər üzrə inkişaf strategiyasının ilk ilini tamamlayıb. Ölkəmizin ən böyük maliyyə institutlarından birinin biznesin inkişafı sahəsində əldə etdiyi uğurlar və nailiyyətlərin Azərbaycan iqtisadiyyatına və cəmiyyətinə təsirini Bankın baş icraçı direktoru və İdarə Heyətinin sədri Cavid Quliyevlə müzakirə etdik.
"Kredit portfelimiz 3,3 milyard AZN olub"
2024-cü ilə dair fəaliyyətindən danışarkən, C.Quliyev qeyd edib ki, real sektora xidmət göstərən "PAŞA Bank"ın göstəriciləri ümumi iqtisadiyyatımızın dayanıqlı inkişafı ilə birbaşa bağlıdır. Belə ki, 2024-cü ildə iqtisadi artım 4.1 % təşkil edib. 2023-cü ildə 123 milyard AZN olan ÜDM istehsalı 2024-cü ildə artaraq 126.3 milyard AZN-ə, o cümlədən qeyri-neft ÜDM isə 77.7 milyard AZN-dən 85.7 milyard AZN-ə yüksəlib. "Kredit portfelimiz isə 2023-cü il ilə müqayisədə 468 milyon AZN və ya 16.5% artaraq 3,3 milyard AZN-ə çatıb. Bu göstərici ölkənin qeyri-neft sektorundakı 6.2%-lik artımın (müqayisəli qiymətlərlə) üzərindədir. Bundan əlavə, biznes kredit portfelimiz, 3 milyard AZN-ə yüksəlib. Kiçik və orta sahibkarların (KOS) kredit portfelində isə öncəki illə müqayisədə 19% artım qeydə alınıb", – deyə, Bank rəhbəri bildirib.
Ümumi olaraq, Bankın cəmi aktivləri 2024-cü ilin sonuna 8,2 milyard AZN təşkil edib, xalis mənfəəti 210,5 milyon AZN olmuşdur ki, bu da ötən il ilə müqayisədə 11 milyon AZN daha çoxdur. Faiz gəlirindən danışarkən, bu göstərici 2023-cü ilə nisbətən 30 milyon AZN artaraq 478 milyon manat təşkil edib. Quliyev qeyd edib ki, 2024-cü il üzrə "PAŞA Bank"ın Kapital Adekvatlıq Əmsalı (CAR) 20.4% təşkil edib və bu göstərici AR Mərkəzi Bankı tərəfindən təyin olunmuş tələbin (12%) üzərindədir və bu kapital buferi, Bankın gələcəkdə böyümə qabiliyyətini vurğulayır.
Bank sədri, söhbət əsnasında, ümumi bazarda sabitliyin və iqtisadiyyatımızın dayanıqlı inkişafının önəmini xüsusilə qeyd etdi. "Belə ki, 2024-ci ilin ÜDM-də tikinti sektorunun payı 6.7% (8.478 milyard AZN ), nəqliyyat və anbar təsərrüfatı sektorunun payı 7% (8.883 milyard AZN), informasiya və rabitə sektorunun payı isə 1.9% (2.3 milyard AZN) qeyd olunub. Bu 2023-cü ilə nisbətən (müqayisəli qiymətlərlə) müvafiq olaraq 9.6%, 14.1% və 11.4% artım deməkdir. Son illərdə bazarların canlanması strateji valyuta ehtiyatlarının artımında da özünü göstərir", – deyə, Bankın sədri bildirib.
Qeyd edək ki, hazırda ölkəmizin ehtiyatları 72 milyard ABŞ dollarına yaxınlaşır və bu müddət ərzində 33.4% (17.8 milyard ABŞ dolları ekvivalentində) artıb. Son 3 ildə yerli bank sektorunda manatla əmanətlərin həcmi 78.5% (4.1 milyard AZN ekvivalent) artıb və 9.4 milyard AZN-ə çatıb. Bu dövr ərzində, xarici valyutalarda fiziki şəxslərin əmanətlərinin ümumi portfeldəki payı 7.4% azalmış və 34.3%-ə enmişdir. Bu bank sektorunun uğurlu dedollarizasiyasının əsas göstəricilərindən biridir.
"İlk sindikativ kredit qeyri-neft sektorunun inkişafına birbaşa töhfə verir"
Quliyev, əsas nailiyyətlərin real sektorun qazandığı uğurlarla sıx bağlı olduğunu xüsusilə qeyd edib. "2007-ci ildən etibarən "PAŞA Bank"ın əsas istiqaməti ölkəmizin qeyri-neft sektorunda çalışan iri, eləcə də KOS biznesinin inkişaf etdirilməsidir. Bu məsələni biz bu günə kimi diqqət mərkəzində saxlayırıq və real sektorun təmsilçilərinin biznes ehtiyaclarını qarşılamaq üçün ən yaxşı biznes həlləri və optimal maliyyə məhsulları təqdim edirik. Məsələn, ötən ilin ən əhəmiyyətli nailiyyətlərindən biri, yerli bazarda ilk sindikativ kredit müqaviləsini uğurla həyata keçirmək idi", – deyə, Bank rəhbəri bildirib.
O qeyd edib ki, 2024-cü ildə beynəlxalq maliyyə institutları və yerli bazar iştirakçıları arasında əlaqələri gücləndirmək məqsədilə, "PAŞA Bank" alternativ maliyyələşmə və investisiyaların cəlb edilməsi sahəsində bir çox maarifləndirici təşəbbüslər həyata keçirib. Təkcə 2024-cü ildə Bank "Azərbaycanda sindikat kreditləşmə", "Azərbaycanda alternativ investisiyalarla tanışlıq" adlı tədbirlərə ev sahibliyi edib. Bakın məqsədi, yerli maliyyə sektoru ilə investorlar və bizneslər arasında əməkdaşlıq platforması yaratmaqdır.
"Bu təşəbbüslər, maliyyə sektorumuzun dayanıqlı inkişafını təmin etmək üçün atdığımız mühüm addımlardır. İlk sindikat kredit əqdlərimizi "AZƏRMAŞ" və "İRŞAD Electronics" kimi şirkətlərlə bağladıq ki, bu da real sektorun inkişafına dəstəyimizin göstəricisidir. Bu yanaşma həm də investorlar üçün daha etibarlı və diversifikasiya edilmiş maliyyə alətləri təqdim edir,"- deyə, Bank rəhbəri bildirib.
Ayrıca olaraq KOS seqmenti də "PAŞA Bank" üçün əsas prioritetlərdən biridir. Son illər ərzində "PAŞA Bank" KOS seqmentində yenililikçiliyi dəstəkləmək üçün çoxlu layihələri həyata keçirir və yerli bazarda unikal maliyyə və qeyri-maliyyə məhsulları təqdim edir. Belə ki, Bank, KOS-lara rəqəmsal məhsul və xidmətlər təqdim etməklə, onların maliyyə əməliyyatlarını daha effektiv və sürətli etməyə şərait yaradır.
"Bu məhsullar bizneslərin maliyyə ehtiyaclarını qarşılamaq üçün tez və rahat bir yoldur. Bank, rəqəmsal məhsullar vasitəsilə KOS-lara 250,000 AZN-ə qədər unikal kredit imkanı təqdim edib. Bu təklif, ənənəvi bank xidmətlərindən fərqli olaraq, rəqəmsal alətlərdən istifadə edərək, asan və sürətli kredit əldə etməyə imkan yaradır. Bu, bizneslərə mürəkkəb sənədləşmə və fiziki görüşlərə ehtiyac olmadan maliyyə dəstəyinə sürətli və asan bir şəkildə çıxış imkanı verir, bu da sürətli dəyişən mühitdə fəaliyyət göstərən şirkətlər üçün çox əlverişlidir. Bu, kiçik və orta müəssisələr üçün böyük bir məbləğdir və onlara fəaliyyətlərini genişləndirmək, yeni layihələrə sərmayə qoymaq və ya nağd pul axını ilə bağlı çətinlikləri aşmaq imkanı verir.
Əlavə olaraq Bank, faktorinq və təchizat zənciri maliyyələşdirilməsi kimi rəqəmsal həllərlə KOS-ların likvidliyini artırır. Bu, KOS-lara maliyyə axınını daha yaxşı idarə etmələrinə və bizneslərini böyütmələrinə imkan yaradır. Bank ənənəvi biznesdən kənar, öz müştərilərinə əlavə dəyər qatan xidmətlər də təklif edir. Hazırda aktiv istifadə edilən "Maliyyə Bələdçisi", "Tərəfdaşı Yoxla" və "Maliyyə İdarəetməsi platforması"nı nümunə gətirmək olar," – deyə, Quliyev qeyd edib.
"COP29 tədbiri Azərbaycanın yaşıl enerji sahəsində böyük potensialını beynəlxalq səviyyədə nümayiş etdirdi"
Bankın idarə heyətinin sədri bildirib ki, 2024-cü il Azərbaycanın beynəlxalq səviyyədə yaşıl enerji sahəsindəki potensialını nümayiş etdirmək üçün mühüm bir il oldu. "2024-cü ildə biz ölkə olaraq, dünyanın ən genişmiqyaslı tədbirlərindən biri olan COP29-un bir hissəsi olduq. Dövlətin, özəl sektorun, cəmiyyətin əsas diqqət mərkəzində olan bu mötəbər tədbir Azərbaycanın qlobal iqlim siyasətinə verdiyi əhəmiyyətin və ölkəmizin yaşıl transformasiya yolundakı irəliləyişlərinin simvolu oldu və Azərbaycanın yaşıl enerji sahəsində böyük potensialını beynəlxalq səviyyədə nümayiş etdirdi," – deyə, Quliyev söyləyib.
Bank rəhbəri qeyd edib ki, bu mühüm tədbir, qlobal iqlim dəyişikliyinin təsirlərinə qarşı beynəlxalq əməkdaşlıq və innovativ həllərin müzakirə olunduğu bir platformaya çevrildi və "PAŞA Bank" "PAŞA Holding"in bir hissəsi olaraq bu vacib prosesə öz töhfəsini verdi. "COP29 ərəfəsində biz beynəlxalq partnyorlarla bir yerdə bir sıra əhəmiyyətli tədbirlər keçirdik, o cümlədən "Xalis sıfır emissiyaya keçid", "Azərbaycanda iqlim maliyyəsi" və bu kimi layihələrin çərçivəsində çoxlu müzakirə panelləri təşkil etdik. Bank sektoru olaraq, Azərbaycan iqtisadiyyatının yaşıl keçidini dəstəkləmək üçün 2 milyard AZN həcmində maliyyə vəsaiti ayırmağı öhdəmizə götürdük,"- deyə, Bank rəhbəri bildirib.
Quliyev bildirib ki, COP29-dan əvvəl, "PAŞA Bank" yaşıl enerji, dayanıqlı kənd təsərrüfatı və rəqəmsal transformasiya sahələrində mühüm investisiyalar edib, Azərbaycanın daha dayanıqlı bir iqtisadiyyata doğru inkişafına töhfə verib. Bank, ekoloji cəhətdən təmiz nəqliyyat, müasir suvarma sistemləri və mədən sektorunun karbonsuzlaşdırılması kimi müxtəlif layihələrə 63 milyon AZN-dən çox sərmayə qoyub. Bu təşəbbüslər, Bankın ətraf mühitə məsuliyyətli yanaşma və iqtisadi inkişafa olan bağlılığını nümayiş etdirir.
"PAŞA Bank"dan iqtisadiyyatın yaşıl transformasiyasına dəstək
Quliyev Azərbaycanın həm beynəlxalq, həm də yerli ekoloji və sosial məsuliyyətləri çərçivəsində iqlim dəyişikliyinin mənfi təsirlərini azaltmaq üçün atdığı ardıcıl və məqsədyönlü addımlara toxunub. "PAŞA Bank", Azərbaycanın yaşıl maliyyə sahəsindəki təşəbbüslərini gücləndirərək, dayanıqlı iqtisadi inkişafın önündə getməkdədir. Bank, ölkəmizdə "yaşıl" layihələrə yönəlmiş sərmayələrini genişləndirərək, iqtisadiyyatın müvafiq transformasiyasını dəstəkləyir və gələcək nəsillər üçün daha dayanıqlı və təmiz ətraf mühitin yaradılmasına öz töhfəsini verir," – deyə, Bank rəhbəri qeyd edib.
O, vurgulayıb ki, "PAŞA Bank"ın strateji məqsədlərindən biri, ətraf mühitin qorunmasını və enerji səmərəliliyini təşviq edən layihələri maliyyələşdirməkdir. "Bu təşəbbüs, ölkənin dayanıqlı enerji təchizatı sahəsində əhəmiyyətli bir addımdır və Bankın "yaşıl" portfelini daha da şaxələndirir. Bundan əlavə, "PAŞA Bank" ətraf mühitə mənfi təsir göstərməyən nəqliyyat növlərinə investisiyaları ilə də diqqət çəkir. "Xaliq Faiqoğlu" şirkəti ilə birgə həyata keçirilən layihə çərçivəsində Bank 55 ədəd ekoloji təmiz avtobusun idxalını maliyyələşdirib. Bu investisiyalar, Azərbaycanın şəhər mərkəzlərində daha təmiz ictimai nəqliyyatın təşviqinə və CO₂ emissiyalarının azalmasına xidmət edir", – deyə, Quliyev bildirib.
Onun sözlərinə görə, "PAŞA Bank"ın yaşıl layihələrə dəstəyi yalnız enerji və nəqliyyat sahələri ilə məhdudlaşmır. "Bank, Azərbaycanın kənd təsərrüfatı sektorunda dayanıqlı inkişafı təşviq edərək, müasir damcı suvarma texnologiyalarına 15 milyon AZN, pivot suvarma sisteminə 17 milyon AZN sərmayə yatırıb", – deyə, Quliyev söyləyib.
"Müştərilərimizə dəyər qatan həlləri təqdim etməyə sadiq qalacağıq"
2024-cu il maliyyə göstəriciləri baxımından "PAŞA Bank" üçün rekord nəticələrlə yadda qalsa da, Bank rəhbəri əsas nailiyyət və dəyəri rəqəmlərdə yox, öz müştərilərinin məmnuniyyət səviyyəsində görür.
"Bankımızın fəaliyyətə başladığı 2007-ci ildən bu günə kimi müştəri məmnuniyyəti və təqdim etdiyimiz xidmətlərin keyfiyyəti bizim əsas prioritetimiz olub. Yaradılan bütün məhsullar real sektorun maraq və biznes ehtiyacları nəzərə alınaraq formalaşdırılıb. Bu istiqamətdə inkişaf edərək və xidmət keyfiyyətini artıraraq, 2025-ci ildə də müştərilərimizə innovativ həllər təqdim edəcəyik və ən yüksək xidmət standartlarına sadiq qalacağıq", – deyə, C. Quliyev vurğuladı. / banker.az

Banklar     Tarix: 20 fevral 2025

Oxşar xəbərlər

İpoteka kreditlərinin RENKİNQİ: həcm, dinamikası və bazar payı (01.01.2026)

İllik müqayisədə Azərbaycan banklarının ipoteka krediti portfelinin ümumi həcmi 4.6 milyard manat təşkil edib və bu göstərici illik 8.4% artım deməkdir. -ın ilkin əldə etdiyi hesablamalarına görə, ABB-nin ipoteka kreditlər

2 BOKT-ın vəzifəli şəxsi cərimələnib

Azərbaycan Mərkəzi Bankı BOKT "Finans Kredit" MMC-nin və "SF Azerbaijan" BOKT MMC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə məlumatlar yayıb. Qeyd edilib ki, Azərbaycan Respublikasını

"Ziraat Bank Azərbaycan"ın Müşahidə Şurasına yeni üzv təyin edilib

Dünyanın bir çox ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun tərkibinə daxil olan Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib. xəbər verir ki, dövri yerdəyişmə planına əsasən "Ziraa

2025-ci ildə dövlətə ən böyük mənfəət vergisi hansı bank ödəyib? – RENKİNQ

Azərbaycanda fəaliyyət göstərən banklar 2025-ci ildə dövlət büdcəsinə ümumilikdə 316.78 mln. manat məbləğində mənfəət vergisi ödəyib ki, bu, 2024-cü ildə 196.6 mln. manat idi. xəbər verir ki, bank sektorunun mənfəət vergis

Xaricə pul köçürmələri – daha çox ölkəyə, daha sərfəli şərtlərlə

Yelo Bank xaricə köçürmə xidmətinin coğrafiyasını genişləndirərək müştərilərinə ABŞ, Kanada, Türkiyə, Sinqapur və Koreyaya daha rahat və sərfəli şəkildə pul göndərmək imkanı təqdim edir. Yeni əhatə dairəsi ilə müştərilə

Yelo Bank-ın dəstəyi ilə Mastercard-ın "Customer Tech Conference 2026" tədbiri keçirilib

İnnovativ bankçılıq həlləri ilə seçilən Yelo Bank, artıq dördüncü dəfə Mastercard-ın təşkilatçılığı ilə keçirilən "Customer Tech Conference" tədbirinə ev sahibliyi edib. Yelo Bank-ın baş ofisində keçirilən konfrans

Bankların kapitalına görə RENKİNQİ: həcm, dinamika və bazar payı (01.01.2026)

2025-ci ilin IV rübünün yekunlarına görə Azərbaycan bank sektorunda bankların cəmi kapitalı 7 milyard 342.4 milyon manat təşkil edib. xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10.9 faiz artım deməkdir

"Turanbank"ın kredit portfeli 50 milyon manatdan çox artaraq 700 milyon manatı aşıb

2025-ci ilin sonuna "Turanbank" ASC-nin cəmi aktivləri 907 milyon 176 min manata çatıb. Bu göstərici 2024-cü ilin sonundakı 849 milyon 827 min manatla müqayisədə 57 milyon 349 min manat və ya 6,7 faiz artım deməkdir

Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb

2025-ci il ərzində banklar 1 milyard 161,6 milyon manat xalis mənfəət, 1 milyard 862 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər. Ötən ilin yanvar – dekabr aylarında banklar tərəfindən ümumilikdə 316,8 milyo


iqtisadi xeberler birbank bitkoin almaq 1000 manatla biznes bank faizleri