"PAŞA Bank"ın "Yay Təcrübə 2023" proqramının bağlanış mərasimi kecirilib
®Bir neçə il ard-arda keçirilən və 3 ay boyunca davam edən yay təcrübə proqramının əsas məqsədi "PAŞA Bank"a yeni əməkdaşların cəlbi və gənc kadrların inkişafına töhfə verməkdir.
Təcrübəçilər 3 ay boyunca aidiyyəti sahələr üzrə onlar üçün hazırlanmış plana əsasən təcrübə keçərək, korporativ iş mühiti ilə daha yaxından tanış olmuşlar. Əlavə olaraq, iştirakçılar "PAŞA Bank"ın peşəkar komandası tərəfindən keçirilən "Maliyyə Savadlılığı", "Risk", "Agile", "Dizayn", "Kreditlər" və s. haqqında informativ təlim sessiyalarına cəlb edilmişlər.

"PAŞA Bank"ın mütəxəssisləri tərəfindən mentorluq fəaliyyətləri ilə təmin olunan təcrübəçilər sonda öz təqdimatlarını edərək proqramda olduqları müddətdə əldə etdikləri praktiki bilikləri və peşəkar bacarıqları uğurla nümayiş etdirmişlər.
ADA Universitetində keçirilən bağlanış mərasimində "PAŞA Bank"ın rəhbər heyəti proqram məzunlarını təbrik edərək, sertifikatlarla təltif etmişdir.
Qeyd edək ki, 7000-dən çox müraciət edən namizədlər arasından yalnız 42 nəfər ilkin dəyərləndirmə və müsahibə mərhələlərindən uğurla keçərək "PAŞA Bank"ın bu ilki "Yay Təcrübə Proqramı"nın iştirakçısı olmaq şansı əldə etmişdir.


/ banker.az

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
ZARA-nın uğur hekayəsi
Onlayn biznes növləri
Marketinq nə demədir?
İban nədir?
Digital Card nədir?