PAŞA Bankın "ZirvədəSən 2026" ödənişli təcrübə proqramına start verildi
®PAŞA Bankın gənclər üçün keçirdiyi "ZirvədəSən 2026" ödənişli təcrübə proqramına start verilib. Bu il proqrama 12 mindən çox müraciət daxil olub. Çoxmərhələli seçim prosesinin nəticəsində Bankın müxtəlif fəaliyyət istiqamətləri üzrə 60 nəfər iştirakçı seçilərək proqrama qəbul edilib.
Üç ay davam edəcək proqram müddətində iştirakçılar peşəkar təlimlərdə iştirak edəcək, mentorlarla çalışacaq və PAŞA Bankın müxtəlif struktur bölmələrində gündəlik iş prosesinə qoşularaq praktiki təcrübə qazanacaqlar. Proqram onlara bank sektorunun iş prinsiplərini yaxından öyrənmək, nəzəri biliklərini praktikada tətbiq etmək və peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı yaradacaq.
Proqramı uğurla başa vuran iştirakçılar bilik və bacarıqlarına uyğun vakansiyalar yarandığı halda PAŞA Bankda iş imkanları üçün qiymətləndirmə prosesinə cəlb oluna biləcəklər.
Ötən il keçirilən "ZirvədəSən 2025" proqramının məzunlarının böyük əksəriyyəti hazırda PAŞA Bankda fəaliyyətini davam etdirir. Bu da proqramın gənclərin əmək bazarına hazırlanmasına və Bank üçün yeni istedadların yetişdirilməsinə verdiyi töhfəni göstərir.
PAŞA Bank gənclərin inkişafına yönəlmiş layihələri davamlı şəkildə həyata keçirir. Bank gənclərin bilik və bacarıqlarını inkişaf etdirməyə, əmək bazarına daha hazırlıqlı daxil olmalarına və ilk peşəkar təcrübələrini qazanmalarına dəstək verir.
PAŞA Bank gənclərin bilik və bacarıqlarının inkişafına yönəlmiş layihələri bundan sonra da davam etdirəcək. Bankın məqsədi gənclərin ilk peşəkar təcrübələrini qazanmasına və əmək bazarına daha hazırlıqlı başlamasına dəstək olmaqdır.

/ banker.az

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Fond birjası nədir?
Dünyanın ən varlı 10 adamı
Biznes qurmaq üçün nə lazımdır?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
İnstaqramda biznes qurmağın yolları