PAŞA Holding-in "Bir" ekosistemi təqdim olundu - Yeni bir dövrün başlanğıcı

PAŞA Holding-in 7 fevral 2025-ci il tarixində ölkənin biznes və maliyyə mühitinə yenilik gətirən "Bir" ekosistemi rəsmi olaraq ictimaiyyətə təqdim olunub.
Marja.az "Kapital Bank"ın yaydığı məlumata istinadən xəbər verir ki, "Bir" ekosistem "PAŞA Holding" tərəfindən yaradılıb və holdiqin aparıcı şirkətlərini bir araya gətirərək müştərilər üçün daha rahat istifadə təcrübəsi təmin etməyi hədəfləyir. Ekosistem "Birbank", "m10", "MilliÖn", "Umico.az" və holdinqin birgə müəssisələri olan "BakıKart" və "Trendyol Azərbaycan"ın xidmətlərini bir araya gətirir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Tədbir "Bir" ekosistemin İcraçı Direktoru Fərid Məmmədovun çıxışı ilə başlayıb. O, qeyd edib ki, ekosistemin əsas məqsədi müştərilərin gündəlik ehtiyaclarına təbii şəkildə inteqrasiya olmaqla onlara uyğun həllər təklif etmək və yeni imkanlar yaratmaqdır.
"Biz müştərilərimizə yalnız xidmət təqdim etmirik, onların həyatını asanlaşdıran və dəyər qazandıran bir mühit yaradırıq" – deyə o çıxışında vurğulayıb. 
"Bir" ekosistem ölkənin maliyyə, e-ticarət və rəqəmsal ödəniş sahələrində aparıcı rol oynayan "Birbank", "Umico.az", "m10" və "MilliÖn" brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem "Trendyol Azərbaycan" və "BakıKart" kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir.
Belə ki, müştərilər artıq partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, "Umico.az"da "Birbank" vasitəsilə kreditli alış-verişdən, "Trendyol Azərbaycan"da "Birbank" taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalana bilirlər.
Qeyd edək ki, "Bir" ekosistem müştərilər üçün innovativ həllər təqdim etmək məqsədilə dörd əsas yenilikçi konsept üzərində qurulub: Vahid giriş, bonus, ödəniş və kredit platforması. Bu konseptlər müştərilərə ekosistem daxilində daha sürətli, rahat, sərfəli və təhlükəsiz xidmətlərdən yararlanmaq imkanı təqdim edir. 
Tədbirin sonunda Fərid Məmmədov "Bir" ekosistemin gələcək inkişaf istiqamətlərini vurğulayaraq qeyd edib: "Biz innovativ və dəyər yaradan həllər təqdim etməyə davam edəcəyik. Hədəfimiz, ölkənin hər bir vətəndaşının həyatına real təsir göstərmək və onların gündəlik ehtiyaclarını daha rahat və sərfəli etməkdir".
Rəsmi təqdimat mərasimində Bir ekosistemini təşkil edən şirkətlərin – "Birbank", "Umico.az" və "M10", "MilliÖn" Baş icraçı direktorları Fərid Hüseynov, Rauf Qulaməliyev və Samir Məmmədov rəhbərlik etdikləri şirkətlərin ekosistemdəki rolları barəsində ətraflı məlumat təqdim ediblər.
Həmçinin, tədbirdə brendin fəlsəfəsi və 2025-ci il üçün bazara təqdim ediləcək yeni məhsulların xüsusiyyətləri barəsində ekosistemin müvafiq sahələr üzrə rəhbərləri tərəfindən ətraflı məlumat verilib.
PAŞA Holding-in

Banklar     Tarix: 07 fevral 2025

Oxşar xəbərlər

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu


iqtisadi xeberler bu gunun xeberleri birbank valyuta kurslari bank faizleri