"PAŞA Sığorta" mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır

2025-ci ildə "PAŞA Sığorta" 39,3 milyon manat xalis mənfəət əldə edib ki, bu da qeyri-həyat sığortası bazarında fəaliyyət göstərən şirkətlər arasında ən yüksək nəticədir.
Gəlirləri artıb
Ötən il "PAŞA Sığorta"nın gəlirləri əvvəlki ilə nisbətən 0,4% çox - 348,5 milyon manat, o cümlədən əsas əməliyyat gəlirləri 10,8% çox – 356,9 milyon manat, investisiya gəlirləri 11,9% çox – 22 milyon manat, digər gəlirləri isə 2,9 milyon manat təşkil edib.
Aktivlərinin artımı orta göstəricini 3 dəfə üstələyib
2025-ci ildə "PAŞA Sığorta"nın aktivləri 9,7% artaraq 385,5 milyon manata yüksəlib. Halbuki, bazar iştirakçılarının ümumi böyümə tempi 3,4% təşkil edib. Yəni, "PAŞA Sığorta"nın aktivlərinin artımı orta göstəricini təxminən 3 dəfə üstələyib.
Ötən il "PAŞA Sığorta"nın öhdəlikləri 12% artımla bu il yanvarın 1-nə 290,3 milyon manata çatıb. Şirkətin öhdəliklər üzrə sığorta ehtiyatları isə illik müqayisədə 16,8% çox – 238,5 milyon manat olub. Sığortaçının balans kapitalı 95,2 milyon manat (3,4% çox), o cümlədən nizamnamə kapitalı 50 milyon manat (dəyişməyib) təşkil edib.
Əsas sığorta növlərində böyük pay sahibi olub
İl ərzində "PAŞA Sığorta" yığımlarını (sığorta haqlarını) 11,9% artıraraq 355,4 milyon manata çatdırıb. Daxilolmaların əsas hissəsi tibbi sığorta (90 milyon manat), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (83,6 milyon manat), əmlakım yanğından və digər risklərdən sığortası (54,1 milyon manat), avtonəqliyyat vasitələrinin könüllü (KASKO) sığortası (39,7 milyon manat) və daşınmaz əmlakın icbari sığortası (36,6 milyon manat) kimi növlərin hesabına formalaşıb.
Hesabat dövründə "PAŞA Sığorta"nın investisiya portfeli 11.5% artım nümayiş etdirərək bu il yanvarın 1-nə 249,2 milyon manat təşkil edib. Portfelin təxminən yarısı və yaxud 127,6 milyon manatı istiqrazlar, 39%-i və yaxud 97 milyon manatı depozitlər, qalan 24,6 milyon manatı isə digər investisiyalardır. Şirkət təkcə Maliyyə Nazirliyinin istiqrazlarına 99,5 milyon manat investisiya yatırıb. Qeyri-dövlət istiqrazlarına yatırımlar isə 28,1 milyon manat olub. Yeri gəlmişkən, il ərzində depozitlərin illik gəlirliliyi 2,5 dəfə artaraq 7,6 milyon manata çatıb. İstiqrazlardan 10,7 milyon manat, digər investisiyalardan isə 3,7 milyon manat xalis mənfəət əldə olunub. / marja.az

Banklar     Tarix: 02 iyun 2026

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Sığorta şirkətinin ödənişləri yığımlarına yaxınlaşıb

"PAŞA Həyat Sığorta" ASC-nin həyata keçirdiyi sığorta ödənişləri 2026-cı ilin yanvar–sentyabr aylarında kəskin artıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasında apardığı hesablamalara görə, şirkəti

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını


iqtisadi xeberler kicik biznes dollar məzənnəsi birbank valyuta xeberleri