"PASHA Bank Cup VII" yarışının qalibləri elan edilib

®Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" tərəfindən keçirilən növbəti "PASHA Bank Cup" müsabiqəsi başa çatıb.
Tələbələrin, şagirdlərin və mütəxəssislərin bilik və bacarıqlarını inkişaf etdirməyə yönəlmiş təşəbbüslərin davamı olaraq, "PASHA Bank Cup VII" yarışının məqsədi İT sahəsində təhsil alan və çalışan bacarıqlı kadrları üzə çıxarmaq, eləcə də sözügedən sahənin inkişafına töhfə verməkdir.  24 may 2025-ci il tarixində Azərbaycan Texniki Universitetində keçirilən final mərhələsində iştirakçılar müxtəlif mövzularda biliklərini sınayaraq, yeni fundamental biliklər qazanmaq və bacarıqlarını inkişaf etdirmək imkanı əldə ediblər.
"PAŞA Bank"ın idarə heyətinin üzvü Calal Orucov, tədbirdə çıxış edərək, ölkədə İT sahəsində təhsil almış və bu sahədə fəaliyyət göstərən bacarıqlı kadrların aşkar edilməsi üçün görülən işlərdən və müsabiqənin bu sahəyə verdiyi dəstəkdən danışıb.
""PAŞA Bank" olaraq, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kiber təhlükəsizlik və rəqəmsal mühəndislik sahələrində təşəbbüslərin həyata keçirilmsinə davam edəcəyik. Təhsil müəssisələri ilə sıx əməkdaşlıq edərək, gənclər arasında bu sahəyə olan marağı artırmağı hədəfləyirik,"- deyə, Orucov vurğulayıb.
Qeyd edək ki, finala vəsiqə qazanmış 60 iştirakçıdan kateqoriyalar üzrə ümumilikdə 12 qalib seçilib.
Məktəblilər
1. Ayxan Dəmirli
2. Həsən Vəliyev
3. Əli Əliyev
Tələbələr
1.Sahib Əliyev
2. Emil İnockin
3. Nicat Əsgərli
Peşəkarlar
1. Rahim Məmmədli
2. Kənan Əsgərli
3. Əli Qurbanov
Qaliblərə və final mərhələsində yüksək nəticə göstərən iştirakçılara Bank tərəfindən MacBook Pro M3, iPad Pro 11 M4, Apple watch və digər dəyərli hədiyyələr təqdim olunub.
Xatırladaq ki, "PAŞA Bank" ölkədə İT sahəsinin inkişafına mühüm töhfə vermək məqsədilə müxtəlif təşəbbüslər həyata keçirir. Bu çərçivədə "PAŞA Bank" tərəfindən təşkil olunan "PASHA Bank Cup", "Hackathon"lar və digər layihələr, gənc proqramçılar və İT mütəxəssisləri üçün yeni ideyaların ortaya çıxmasına, innovativ həllərin hazırlanmasına və ölkədə texnologiya ekosisteminin inkişafına böyük dəstək olur. / banker.az

Banklar     Tarix: 27 may 2025

Oxşar xəbərlər

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır


iqtisadi xeberler kicik biznes dollar mezenne dollar məzənnəsi valyuta kurslari