"PASHA Private Banking" Beynəlxalq Caz Gününə həsr olunmuş konsertin sponsorudur
®Azərbayacanda yüksək gəlirli müştərilərə xidmət göstərən "PASHA Private Banking", Beynəlxalq Caz Gününə həsr olunmuş konsertin baş sponsoru qismində çıxış edib.
30 aprel 2025-ci il tarixində Heydər Əliyev Mərkəzində baş tutan bu tədbir caz musiqisinin zəngin ənənələrini yaşatmaq və milli musiqi irsini beynəlxalq auditoriyaya tanıtmaq məqsədi daşıyır. Konsertdə Azərbaycanın tanınmış caz ifaçıları ilə yanaşı, məşhur amerikalı caz ifaçısı Charenee Wade və Gürcüstanın zərb alətləri ustası George Melikishvili də çıxış ediblər. "PAŞA Bank" milli-mədəni irsin qorunması və beynəlxalq miqyasda təbliğ olunması istiqamətində həyata keçirdiyi korporativ sosial məsuliyyət layihələri ilə seçilir. Bank, Azərbaycanın mədəni dəyərlərinin dünya miqyasında tanınmasına dəstək olmaq məqsədilə müxtəlif təşəbbüsləri gerçəkləşdirir və gələcək nəsillərə dəyərli irsin ötürülməsinə töhfə verir.



/ banker.az

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib
Azərbaycandan xaricə pul köçürmələri 13% azalıb
Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?
"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Nazir: Azərbaycanda 4000-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir
Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar
Rusiyadan Azərbaycana pul köçürmələri 67% artıb
ABB partnyorları ilə görüş ®
Türk İnkişaf Bankı yaradıla bilər
Dünyanın ən varlı 10 müğənnisi
Dünyanın ən bahalı restoranları
Elon Musk kimdir?
ZARA-nın uğur hekayəsi
Ən çox gəlir gətirən onlayn bizneslər