"PASHA Private Banking"in yeni veb-saytı müştərilərin istifadəsinə verilib

®Ölkənin aparıcı korporativ maliyyə institutu olan "PAŞA Bank"ın yüksək gəlirli şəxslər üçün xidmət göstərən "PASHA Private Banking" seqmenti yeni veb-saytını istifadəyə verib.
Tamamilə yeni www.pashaprivate.az veb-saytı sayəsində artıq məhsullarla tanış olmaq, eyni zamanda maraqlı yenilikləri kəşf etmək daha da asanlaşıb. Həmçinin yeni veb-sayt üzərindən müştərilərə investisiyalar üzrə risk profillərini müəyyən etmək və uyğun yatırım alətlərini seçə bilmək imkanı təqdim olunub. Hazırda müştərilərə məhsul və xidmətlərdən faydalanmaq üçün qeydiyyat formasından onlayn müraciət imkanı da yaradılıb. Gələcəkdə bir sıra digər oflayn xidmətlərin sayt üzərindən avtomatlaşdırılması nəzərdə tutulub.
"PASHA Private Banking"in xidmətlərinə müştəriləri fərqli hiss etdirəcək fərdi yanaşma, bütün bank proseslərini idarə edəcək şəxsi müştəri meneceri, peşəkar maliyyə komandasından investisiyalar üzrə məsləhət xidməti daxildir. Həmçinin müştərilərə böyük partnyor şəbəkəsindən eksklüziv təkliflər, bir sıra bank xidmətlərində endirimli və ya ödənişsiz təkliflər təqdim olunur.
Qeyd edək ki, 2010-cu ildə fəaliyyətə başlayan "PASHA Private Banking" Azərbaycan bazarında yüksək gəlirli şəxslər üçün xidmət göstərən ilk qurumdur. "PAŞA Bank" son illər ərzində bir sıra nüfuzlu beynəlxalq mükafatlar çərçivəsində "Ən yaxşı Private Banking xidmətləri təqdim edən bank", "Ən yaxşı investisiya bankı", "Ən yaxşı bank qrupu" nominasiyalarında fərqləndirilib.
"PASHA Private Banking" müştərisi olmaq və yüksək gəlirli şəxslər üçün nəzərdə tutulan bütün xidmətlərdən, məhsullardan və xüsusi üstünlüklərdən yararlanmaq üçün www.pashaprivate.az veb-saytına keçid edə və ya *1230 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. / banker.az

Banklar     Tarix: 16 noyabr 2023

Oxşar xəbərlər

BOKT "Finans Kredit"in 2025-ci il üzrə maliyyə göstəriciləri - Ötən ili mənfəət ilə başa vurub

Bank olmayan kredit təşkilatı - BOKT "Finans Kredit" MMC 2025-ci ili 132 min 55 manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə təşkilatın xalis mənfəəti 203 min 263 manat olmuşdu. Beləliklə, BOKT-un xalis mənfəət

Son bir ildə əhali tərəfindən banklara nağd $606 mln. axın olub

Azərbaycanda nağd valyuta bazarında aynalrda ABŞ dollarının satış məzənnəsində eniş davam edir. Yerli valyutadəyişmə məntəqələrində aparılan son müşahidələrə görə, dollar artıq əvvəlki səviyyələrlə müqayisədə daha aşağı kurslarl

Mərkəzi Bank qiymətlər üzrə proqnozlarını qaldırdı – İllik inflyasiya 6%-ə yüksələ bilər

Azərbaycan Mərkəzi Bankının yenilənmiş may proqnozuna görə 2026-cı il üzrə illik inflyasiya 5.9 faizə yüksəldilib. Halbuki, 2026-cı ilin ilk fevral iclasında bu rəqəm 5.5 faiz təşkil edirdi. xəbər verir ki, 2027-ci il üzr

PAŞA Bank "ZirvədəSən" təcrübə proqramı üzrə qeydiyyata başladı

PAŞA Bank karyerasını inkişaf etdirmək, real iş təcrübəsi əldə etmək və nəticəyönümlü bilik qazanmaq istəyən tələbə və məzunlar üçün "ZirvədəSən" təcrübə proqramının qeydiyyatına start verib. Proqram çərçivəsind

Azərbaycanın strateji valyuta ehtiyatları 38 aylıq idxalı maliyyələşdirməyə kifayət edir

Azərbaycanın strateji valyuta ehtiyatları cari ilin 4 ayının sonuna 2.9 mlrd. və ya 3.4% artıraq 87.9 mlrd. ABŞ dollar səviyyəsinə yüksəlib. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransınd

Azərbaycanda maaş almaq üçün könüllü bank seçimi 3-4 aya mümkün olacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) yaxın aylarda bank sektorunda əmək bürokratizasiyası həyata keçirməyi planlaşdırır. Bunu AMB-nin Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib. "Bankların xərcləri artır

"Alfa Kapital BOKT"ın mənfəəti 89% artıb

"Alfa Kapital BOKT" MMC (keçmiş "Effektinvest") 2025-ci ili 382 min 799 manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə şirkətin xalis mənfəəti 202 min 390 manat olmuşdu. Beləliklə, BOKT-un xalis mənfəət

Bank Respublika "Güzəştli kreditlərin təqdim olunmasında ən fəal bank" seçildi

Bank Respublika Aqrobiznesin İnkişafı Forumunda növbəti dəfə mükafata layiq görüldü!. Bakıda "Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) v

"Bank BTB"nin aktiv və öhdəliklərinin ABB-yə ötürülməsi iyunda yekunlaşacaq

Gələn ayın sonuna qədər "Bank BTB" ASC-nin aktivlərinin və öhdəliklərinin "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə (ABB) ötürülməsi yekunlaşdırılacaq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımo


iqtisadi xeberler dollarin kursu bu gun biznes xeberleri leobank kart investisiya