"PMD Group" MMC idmanın inkişafına öz layiqli töhfəsini verməkdə - DAVAM EDİR
İyulun 3-ü Pirallahı adasında "PMD Group" MMC-nin baş sponsorluğu, "Triterra Baku" triatlon klubunun təşkilatçılığı, Azərbaycan Triatlon Federasiyası və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "IronWind 70.3" turniri təşkil olunub.
FED.az xəbər verir ki, 90-dan artıq iştirakçının mübarizə apardığı yarış 3 mərhələdən ibarət olub. İdmançılar əvvəlcə 1,9 kilometr məsafəyə üzüblər. Sonra 90 kilometr məsafəyə velosiped sürüblər, sonda isə 21,1 kilometr qaçıblar. Turnirdə həm peşəkar, həm də həvəskar idmançılar fərdi və komanda şəklində iştirak ediblər.
Kişilər arasında ukraynalı idmançı Daniil Sapunov birinci, Aleksandr Mordasov ikinci, qazaxıstanlı Aleksey Sidorenko isə üçüncü olublar.
Qadınların mübarizəsində isə ilk üç yeri müvafiq olaraq, qazaxıstanlı idmançılar Dina Şaimerdenova, Aynur Kumarova və Azərbaycanın ilk və yeganə "İron Woman" idmançısı Rəbiyyə Orucova tutublar.
"PMD Group" MMC davamlı olaraq həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət tədbirləri çərçivəsində ölkəmizdə idman sahəsinin inkişafına öz töhfəsini verməklə yanaşı, əhali arasında sağlam həyat tərzinin təbliq edilməsi istiqamətində də öz fəaliyyətini genişləndirməkdə davam edir.






"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Azərbaycan-Oman Birgə İnvestisiya Fondunun "AzərTürk Bank"dan əldə edəcəyi payın həcmi məlum olub
Yanğın və digər risklərdən sığorta üzrə ödənişlər 56% artıb
Azərbaycanda bank müştərilərinin sayı 17 milyona yaxınlaşdı
Məhdudiyyətlər ölkədaxili nağdsız kart ödənişlərinin həcmini azaldıb - 24 milyon manatlıq geriləmə
Layihə menecmenti nədir?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
"iPhone 15" modelinin üstünlükləri
Mcdonalds françayzinqi neçiyədir?
Dünyanın ən çox maaş verən şirkətləri