"Premium Bank" cüzi gəliri olan vətəndaşa 2.5 milyon manat istehlak krediti verib

Azərbaycanda bank rəsmi gəliri cüzi olan vətəndaşa külli miqdarda istehlak krediti verib. Bu, qanunpozuntusudur.
Bunu hüquqi məsələlər üzrə ekspert Əkrəm Həsənov deyib. O bildirib ki, söhbət "Premium Bank"dan gedir. Belə ki, bank 2 il müddətinə rəsmi gəliri olmayan və ya 1000 manata kimi olan vətəndaşa 2.5 mln. manat məbləğində kredit verib. Bu müddət ərzində vətəndaş hər ay yalnız faizləri ödəməli olub.
Ekspert qeyd edib ki, kredit 5-6 il əvvəl verilib: "Kreditlə bağlı girov qoyulan əmlak digər şəxsə məxsus olub və həmin şəxs əmlakının girov qoyulmasından xəbərsiz olub. Kreditin götürülmə səbəbi kimi maliyyə ehtiyaclarının qarşılanması bildirilib. Bu isə ümumi bir açıqlamadır. Halbuki, konkret səbəb göstərilməli idi".
Azərbaycan Mərkəzi Bankının "Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları" və bundan əvvəl qəbul edilmiş qaydalarına əsasən kredit verilərkən onun qaytarılması üçün girov deyil, kredit götürən şəxsin gəliri əsas götürülür. Bank isə cüzi miqdarda gəlirə böyük həcmdə kredit verməklə BGN əmsalı (Borc gəlir nisbəti) ilə bağlı qaydaları pozub. Başqa sözlə, kreditlə bağlı girov əmlak qoyulması cüzi gəlirə 2.5 milyon kredit vermək üçün əsas deyil.
Əkrəm Həsənov sadalanan faktları nəzərə almaqla hesab edir ki, "Premium Bank"ın vətəndaşa verdiyi kredit həm qanunsuz olub, həm də digər vətəndaşın əmlakı ondan xəbərsiz girov qoyulduğu üçün etibarsız olub.
Məsələ ilə bağlı "Premium Bank"a sorğu göndərilib. Sorğuya cavab olaraq bankdan bildirilib ki, məsələyə hazırda məhkəmə müstəvisində baxılmaqdadır: "Proses davam edir. Əlavə şərhin verilməsinə zərurət yoxdur". / banker.az

Banklar     Tarix: 25 yanvar 2024

Oxşar xəbərlər

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını


iqtisadi xeberler emlak xeberleri bitkoin qiymeti internetden pul qazanmaq investisiya