"Premium Bank"da ilk yarımildə şirkətlərin depozitləri 10 faiz azalıb
"Premium Bank" ASC-nin 2026-cı ilin ilk altı ayında 480,3 milyon manatdan 474,1 milyon manata enərək 1,3% azalıb. Müştəri depozitləri isə 394,2 milyon manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 0,3% azdır. İlin əvvəli bu rəqəm 394,2 milyon manat idi.
Banker.az bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir ki, fiziki şəxslərin depozitləri 2,4% artaraq 312,4 milyon manata yüksəldiyi halda, hüquqi şəxslərin depozitləri 10,2% azalaraq 80 milyon manata enib.
Aktivləri 2026-cı il iyulun 1-nə 668,2 milyon manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə ilk yarımildə 9,4 milyon manat və ya 1,4% azdır. Aktivlərin strukturunda əsas payı təşkil edən müştərilərə verilmiş ümumi kreditlər 496,5 milyon manata çataraq 17,8 milyon manat və ya 3,7% artıb. Kredit portfelinin böyüməsi əsasən biznes kreditləri hesabına baş verib. Biznes kreditləri 357,7 milyon manata yüksələrək 4,1%, istehlak kreditləri 65,6 milyon manata çataraq 8,3% artıb. Bunun əksinə, ipoteka kreditləri 1,3% azalaraq 73,1 milyon manata enib. Kreditlər üzrə mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyatlar 2,3% artaraq 8,8 milyon manata yüksəlsə də, xalis kredit portfeli 487,6 milyon manata çataraq 3,8% böyüyüb.
Digər tərəfdən, nağd pul vəsaitləri və ekvivalentləri 12% azalaraq 149,7 milyon manata, ticarət və investisiya qiymətli kağızları isə 23,8% azalaraq 12,9 milyon manata düşüb ki, bu da aktivlərin ümumi həcminin azalmasında əsas amillərdən biridir.
Bankın öhdəlikləri 2026-cı ilin ilk altı ayında 480,3 milyon manatdan 474,1 milyon manata enərək 1,3% azalıb. Bankın müştərilərə verdiyi ümumi depozit portfeli 394,2 milyon manat olub və ilin əvvəli ilə müqayisədə 0,3% azalıb. Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər 3,4% azalaraq 70,7 milyon manata enib, kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər isə 5,9 milyon manat səviyyəsində dəyişməyib.
"Premium Bank" 2026-cı ilin ilk yarısnı 9,3 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 47,8% çoxdur. Mənfəətin artımına xalis faiz gəlirlərinin 16,9% artaraq 14,4 milyon manata, qeyri-faiz gəlirlərinin isə 27,1% yüksələrək 9,7 milyon manata çatması dəstək verib.
Xüsusilə alınan haqq və komissiya gəlirləri 2,3%, xarici valyuta əməliyyatlarından gəlirlər isə 22% artıb. Eyni zamanda qeyri-faiz xərcləri 6,2% artaraq 14,2 milyon manata, mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyatlara ayırmalar isə iki dəfədən çox artaraq 618 min manata yüksəlib.

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Biznes nədir?
"Freelance" nədir?
Marketinq nə demədir?
Green Card nədir və onu necə əldə etmək olar?
İnstaqramda biznes qurmağın yolları