Pul nişanlarının qanunsuz reproduksiyalarının satışına rast gəlinir – Mərkəzi Bank

Pul nişanlarının qanunsuz reproduksiyalarının satışına rast gəlinir – Mərkəzi BankAzərbaycanın pərakəndə ticarət müəssisələrində mətbəə üsulu ilə hazırlanmış milli, eləcə də xarici valyutada pul nişanlarının qanunsuz reproduksiyalarının satışı hallarına rast gəlinir.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, "Mərkəzi Bank haqqında" qanunun 41-1-ci maddəsinə əsasən pul nişanlarının reproduksiyasına (bənzədilmiş surətdə hazırlanması) yalnız AMB-nin İdarə Heyətinin 25 oktyabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Pul nişanlarının reproduksiyası Qaydası"nın tələbləri ilə müəyyənləşdirilmiş qaydada yol verilir. Həmin Qaydaya əsasən reproduksiya olunan kağız pul nişanlarının ölçüləri tədavülə buraxılmış pul nişanlarının səthinin 50 %-nə qədər və yaxud 200 %-dən çox olmalı, rəngi pul nişanlarının əsas rəng tonundan ən azı 30 % tünd və yaxud ən azı 30 % açıq olmalı, eləcə də aydın oxuna bilən şriftlə, iri hərflərlə yazılmış, silinməsi mümkün olmayan və reproduksiyanın əsas rəng tonundan seçilən "REPRODUKSİYA" sözü əks olunmalıdır.
Hazırda pərakəndə ticarət müəssisələrində, eləcə də açıq bazarlarda realizasiya olunan bənzədilmiş "pullar"ın qeyd olunan Qaydanın tələblərinə uyğun olmaması müəyyən edilir. Bu isə vətəndaşlar tərəfindən həmin reproduksiyaların həqiqi pul kimi qəbul edilməsi riskini yaradır. Mövcud qanunvericiliyə əsasən reproduksiya qaydalarını pozmaqla hazırlanmış pul nişanları saxta hesab olunur və belə pulların satışı, əldə edilməsi və hazırlanması Cinayət Məcəlləsinin 204-cü maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə səbəb olmaqla həmin əməlləri törədən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas yaradır.
Qeyd olunanları nəzərə alaraq vətəndaşlardan saxta pul nişanlarına aldanmamaq üçün diqqətli və ehtiyatlı olmaları, belə hallarla rastlaşdıqda hüquq mühafizə orqanlarına və yaxud AMB-yə, yaxud onun ərazi idarələrinə müraciət etmələri tövsiyə olunur. Bu cür tədbirlər həm şəxsi təhlükəsizlik, həm də iqtisadi sistemin təhlükəsizliyi üçün əhəmiyyətlidir.

Banklar     Tarix: 11 iyun 2025

Oxşar xəbərlər

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır


iqtisadi xeberler kripto emlak xeberleri bitkoin biznes krediti