"Pul sadəcə yığılmamalıdır, işləməlidir" – Pərviz Qasımov AFB Bankın yeni yığım modelini izah edir

®Stabil gəliriniz var, hər ay müəyyən məbləği kənara qoya bilirsiniz. Amma sual budur: həmin pul sadəcə hesabda qalmalıdır, yoxsa sizin üçün əlavə gəlir də yaratmalıdır?
AFB Bankın Pərakəndə Bankçılıq üzrə İcraçı direktoru Pərviz Qasımovla "Həyat yığım hesabı"nın kimlər üçün nəzərdə tutulduğu, hansı üstünlüklər verdiyi və 36 ay ərzində yığımı necə daha effektiv idarə etməyin mümkün olduğu barədə danışdıq.
– Pərviz müəllim, bazarda müxtəlif depozit və yığım məhsulları var. "Həyat yığım hesabı"na niyə ehtiyac yarandı?
– Bazarda kifayət qədər böyük bir müştəri qrupu var ki, onların stabil gəliri var və hər ay müəyyən məbləği yığa bilirlər. Problem onların pul yığa bilməməsi deyil. Əsas sual budur ki, yığdıqları vəsait nə qədər effektiv işləyir?
Məsələn, maaşla çalışan bir insan hər ay gəlirinin bir hissəsini kənara qoyur. Amma bu vəsaiti ya adi hesabda saxlayır, ya da ona uyğun, davamlı yığım imkanı tapmaqda çətinlik çəkir.
Digər tərəfdən, həyat yığım sığortası məhsulu bazarda müəyyən bir alternativdir, amma hər kəsin bu imkanlara çıxışı yoxdur. Xüsusilə işlədiyi şirkət bu layihəyə qoşulmayan şəxslər üçün seçimlər daha məhdud olur.
Biz "Həyat yığım hesabı"nı məhz bu ehtiyacdan çıxış edərək yaratmışıq. Məqsədimiz yığım etməyi bacaran müştəriyə deməkdir ki, əgər onsuz da hər ay pul ayırırsansa, qoy həmin pul sənin üçün daha effektiv işləsin.
– Deməli, bu məhsul yalnız maaşlı çalışanlar üçün deyil?
– Əlbəttə, yox. Biz burada iki əsas müştəri qrupu görürük.
Birinci qrup stabil aylıq gəliri olan muzdlu əhalidir. Bu insanlar mənzil üçün ilkin ödəniş, övladının təhsili, avtomobil, gələcək investisiya və ya sadəcə şəxsi kapital yaratmaq üçün hər ay pul ayıra bilirlər. Onlar üçün əsas məsələ həmin yığımı sistemli və daha gəlirli formada idarə etməkdir.
İkinci mühüm qrup isə sahibkarlardır.
Sahibkarın biznesində pul daim dövriyyədə olur. Amma o, eyni zamanda növbəti investisiya, ailəsi, övladlarının gələcəyi və ya şəxsi planları üçün ayrıca kapital formalaşdırmaq istəyə bilər.
Belə halda hər dəfə biznesdən böyük məbləğ çıxarmaq əvəzinə, mərhələli şəkildə şəxsi yığım yaratmaq daha rahat yanaşma ola bilər. "Həyat yığım hesabı" sahibkara imkan verir ki, biznes və şəxsi maliyyəsini bir-birindən daha düzgün ayırsın və gələcək məqsədi üçün ayrıca vəsait formalaşdırsın.
Yəni məhsulun əsas auditoriyası pul yığa bilməyənlər deyil. Pulunu daha ağıllı və effektiv şəkildə yığmaq istəyənlərdir.
– "Həyat yığım hesabı"nı ən sadə formada necə izah edərdiniz?
– Çox sadədir. Müştəri 100 AZN-dən başlayaraq 36 ay müddətinə özünə uyğun yığım planı qurur.
Hər ay seçdiyi tarix intervalında hesabına vəsait əlavə edir. Bank isə məhsulun şərtlərinə uyğun olaraq aylıq mədaxil edilən məbləğə birdəfəlik 18% gəlir hesablayır.
Burada vacib məqam budur ki, söhbət klassik illik 18%-dən getmir. Müştərinin uyğun şərtlərlə həyata keçirdiyi aylıq ödənişin üzərinə bir dəfə 18% gəlir hesablanır.
Ödəniş üçün üç tarix intervalından birini seçmək mümkündür: ayın 1–10-u, 11–20-si və ya 21-dən ayın sonunadək. Bu da həm maaşlı müştəriyə, həm də gəlir axını fərqli olan sahibkara öz maliyyəsinə uyğun plan qurmağa imkan verir.
– Müştərinin müəyyən ayda daha çox vəsaiti olarsa, onu da hesabına əlavə edə bilərmi?
– Bəli. Məhsulun əsas üstünlüklərindən biri də çevikliyidir.
İlk 18 ay ərzində müştərinin hesaba əlavə etdiyi vəsaitə yuxarı limit qoyulmur. Yəni maaş alan şəxs bonus əldə edə bilər, sahibkarın isə həmin ay daha yüksək gəliri ola bilər. Müştəri bu əlavə vəsaiti də hesabına yönəldə bilər.
İlk 18 ay ərzində şərtlərə uyğun olaraq yatırılan bütün məbləğlərə 18% gəlir hesablanır.
19–36-cı aylarda da hesaba daha çox vəsait əlavə etmək mümkündür. Sadəcə həmin dövrdə gəlir ilk ay müəyyən edilmiş aylıq məbləğ həcmində hesablanır.
Məsələn, müştəri ilk ay 1 000 AZN-lə başlayıbsa, sonrakı dövr üçün gəlirin hesablanması həmin 1 000 AZN-lik baza üzrə davam edir.
– Məhsulun yığımla yanaşı kredit xətti təqdim etməsi nə verir?
– Məncə, bu, məhsulun ən maraqlı tərəflərindən biridir.
Ənənəvi yanaşmada insan pulunu ya yığır, ya da xərcləyir. Biz isə bu iki imkan arasında seçim etmək məcburiyyətini azaltmağa çalışmışıq.
Müştəri yığdığı vəsaitin 70%-i həcmində kredit limiti əldə edə bilər. Bu, ona yığımını davam etdirməklə əlavə maliyyə imkanından istifadə etməyə şərait yaradır. Burada söhbət yalnız gözlənilməz xərcdən getmir.
Müştərinin qarşısına yaxşı alış imkanı çıxa bilər, səfər planlaya bilər, ailəsi ilə bağlı müəyyən xərc yarana bilər və ya sahibkar üçün maraqlı bir fürsət ortaya çıxa bilər. Belə hallarda o, mütləq öz yığımına toxunmaq məcburiyyətində qalmır.
Bu gün kredit kartları bazarda çox vaxt sadəcə qısa müddətli borclanma aləti kimi qəbul edilir. Biz isə onu yığım məhsulunun bir hissəsinə çeviririk.
Yəni müştəri bir tərəfdən öz kapitalını formalaşdırır, digər tərəfdən isə həmin kapitalın yaratdığı əlavə maliyyə imkanından istifadə edir.
– Sizcə, bu məhsulun ən böyük fərqi nədir?
– Ən böyük fərq odur ki, burada müştəri yalnız pul saxlamır.
O, eyni anda üç imkan əldə edir: müntəzəm yığım yaradır, həmin yığımdan gəlir qazanır və formalaşdırdığı vəsait əsasında əlavə kredit limitinə çıxış əldə edir. Bizim üçün vacib olan da budur.
Müştərinin pulu sadəcə hesabda gözləməməlidir. O vəsait müştərinin gələcək məqsədlərinə xidmət etməli və eyni zamanda bugünkü maliyyə imkanlarını da məhdudlaşdırmamalıdır.
Müddətin sonunda hesablanmış gəlirin köçürülməsi üçün müştəriyə 48 aylıq Mono Platinum kart da hədiyyə edilir.
– "Həyat yığım hesabı" AFB Bankın pərakəndə bankçılıq yanaşması haqqında nə deyir?
– Biz pərakəndə bankçılığı yalnız kredit, kart və depozit məhsullarının toplusu kimi görmürük.
İnsanların maliyyə davranışı və ehtiyacları dəyişir. Müştəri artıq bankdan yalnız "pul ver" və ya "pulumu saxla" cavabı gözləmir. O, vəsaitini daha ağıllı idarə etmək üçün həll istəyir.
Biz də məhsullarımızı real həyat ssenariləri ətrafında qurmaq istəyirik.
Maaşlı müştərinin məqsədi ola bilər ki, bir neçə ildən sonra mənzil alsın. Sahibkar növbəti investisiyası üçün şəxsi kapital yaratmaq istəyə bilər. Valideyn övladının gələcəyi üçün vəsait ayıra bilər.
Bankın işi həmin insanlara məqsədlərinə uyğun maliyyə aləti təqdim etməkdir.
"Həyat yığım hesabı"nın əsas ideyası da sadədir: pul sadəcə yığılmamalıdır, sizin üçün işləməlidir. / banker.az

Banklar     Tarix: 10 iyul 2026

Oxşar xəbərlər

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

İlkin hesablamalara görə, bankların gəlirləri 75%, xalis mənfəəti 88% artıb

Azərbaycan banklarının faiz və qeyri-faiz gəlirlərinin cəmi 2026-cı ilin ilk doqquz ayında 5 milyard 728,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75,1% çoxdur. 2025-ci ilin ilk doqquz ayında bankları

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl


iqtisadi xeberler investisiya biznes ideyalari telefonla pul qazanmaq bitkoin almaq