Putin "UniCredit" bankının Rusiya biznesinin bölünməsi və satışına icazə verib
Rusiya Prezidenti Vladimir Putin İtaliyanın bank qrupu "UniCredit"in Rusiyadakı törəmə bankının restrukturizasiyasına və sonrakı satışına icazə verib.
Banker.az "Reuters"ə istinadən xəbər verir ki, müvafiq sərəncam Rusiyanın rəsmi hüquqi informasiya portalında dərc olunub. Qərar "UniCredit"in Rusiya biznesini iki hissəyə bölmək və onun bir hissəsini satmaq planının həyata keçirilməsinə yol açır.
"UniCredit" may ayında Rusiyadakı fəaliyyətinin bir hissəsini satmaq üçün Birləşmiş Ərəb Əmirliklərində yerləşən özəl investorla məcburi olmayan ilkin razılaşma imzaladığını açıqlamışdı. Potensial alıcının adı hələ açıqlanmayıb.
Plan üzrə mövcud "UniCredit Bank"ın fəaliyyətinin bir hissəsi ayrıca yeni banka ötürüləcək. Bu bankın 100%-i "UniCredit"də qalacaq və əsasən sanksiya altında olmayan Rusiya və Qərb korporativ müştəriləri üçün avro və dollarla beynəlxalq ödənişlərə fokuslanacaq.
Digər fəaliyyət istiqamətlərinin qalacağı bank isə BƏƏ investoruna satılacaq. Sövdələşmə başa çatdıqdan sonra alıcı həmin bankın 100%-nə sahib olacaq.
"UniCredit" əməliyyatın 2027-ci ilin birinci yarısında tamamlanmasını gözləyir. Bunun üçün tərəflər arasında məcburi hüquqi sənədlərin imzalanması, aktivlərin ayrılması və müvafiq tənzimləyici qurumların razılığı tələb olunur.

Banklararası iri ödənişlərin sayında və həcmində ciddi aylıq geriləmə baş verib
Mərkəzi Bankın inzibati binasının texniki xidməti 3 milyon manata başa gələcək
ABB-də daha bir baş direktor təyinatı
"Bitcoin" 86 min dolları ötüb - SON QİYMƏT
Bank İT sistemlərini yeniləyir — iri tender elan edildi
Əhalinin kredit borcu 21 milyard manata yaxınlaşıb – Bir ildə 2,45 milyard manat artıb
Biznes planı necə yazmaq lazımdır?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
IMEI kod nədir?
Ən bahalı otellər hansılardır?
ZARA-nın uğur hekayəsi