"Qafqaz-Kredit" BOKT-un ötən il kredit portfeli kiçilib
"Qafqaz-Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 39 129 manat xalis mənfəətlə başa vurub. 2021-ci ildə BOKT-un mənfəəti 23 245 manat olub ki, bu da illik müqayisədə 68% artım deməkdir.
Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il "Qafqaz-Kredit"in vergiyəqədərki mənfəəti 48 911 min manat, mənfəət vergisi ödəmələri isə 9 782 manat təşkil edib. BOKT-un faiz gəlirləri 253 657 manat (əvvəlki ilə nisbətən 3% az), faiz xərcləri 170 manat (əvvəlki ilə nisbətən 24 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə "Qafqaz-Kredit"in aktivləri 1 milyon 177 min manat olub ki, bu da illik müqayisədə 1.9% çoxdur. Bunun 879 798 manatı müştərilərə verilmiş kreditlər və avanslardır. 2022-ci ildə BOKT-un kredit portfeli 10% kiçilib.
Hesabat dövründə "Qafqaz-Kredit"in öhdəlikləri 29% azalaraq 167 min manata, cəmi kapitalı isə 10% artaraq 1 milyon 10 min manata çatıb.
Xatırladaq ki, "Qafqaz-Kredit" 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 592 min manatdır, qanuni təmsilçisi isə Arif Qurbanovdur.



Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Dünyanın ən bahalı restoranları
Milyonlar qazandıran qəribə biznes ideyaları
Kriptovalyuta nədir və necə alınır?
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?