Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb

Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb®Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb
Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) və Unibank ixrac və idxal əməliyyatlarının dəstəklənməsi, eləcə də Azərbaycan Bizneslərinin, xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin (KOB) maliyyələşməyə çıxışının artırılması məqsədilə ticarət maliyyələşdirmə xətti üzrə 7 milyon ABŞ dolları məbləğində saziş imzalayıblar.
Yeni maliyyə xətti beynəlxalq ticarətin dəstəklənməsinə və Azərbaycan bizneslərinin, xüsusilə də kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışının genişləndirilməsinə xidmət edəcək.
Maliyyə xətti uyğun ticarət əməliyyatları üçün qısamüddətli maliyyələşdirmə təmin edəcək, şirkətlərin ticarət fəaliyyətinin davamlılığını dəstəkləyəcək və onların regional və beynəlxalq bazarlarla əlaqələrini gücləndirəcək.
BSTDB-nin Prezidenti, Dr. Serhat Köksal bildirib: "Ticarətin asanlaşdırılması və özəl sektorun dəstəklənməsi BSTDB-nin əsas fəaliyyət istiqamətlərindəndir. Unibank ilə əməkdaşlığa başlayaraq, Azərbaycandakı aktiv maliyyə vasitəçiləri şəbəkəmizi genişləndirməkdən məmnunuq. Bu maliyyə xətti vasitəsilə Bank Azərbaycan bizneslərinə, o cümlədən KOB-lara, kommersiya fəaliyyətlərini genişləndirməkdə və regional və beynəlxalq bazarlarla əlaqələrini gücləndirməkdə dəstək göstərəcək."
"Unibank"ın İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib:  " BSTDB ilə tərəfdaşlığımızın bərpasından və yeni ticarət maliyyələşdirmə xətti vasitəsilə bu əməkdaşlığın daha da gücləndirilməsindən məmnunuq. Ticarət maliyyələşdirməsinə çıxışın genişləndirilməsi Azərbaycan bizneslərinin, xüsusilə də kiçik və orta sahibkarlıq subyektlərinin inkişafı və rəqabət qabiliyyətinin artırılması üçün mühüm əhəmiyyət daşıyır. Bu maliyyə xətti müştərilərimizə əlavə maliyyələşdirmə imkanları təqdim etməyə, beynəlxalq ticarət fəaliyyətlərini genişləndirməyə və ölkənin özəl sektorunun dayanıqlı inkişafına töhfə verməyə imkan yaradacaq."
Bakıda keçirilən BSTDB Biznes Forumu çərçivəsində imzalanan saziş BSTDB ilə Unibank arasında əsası 2005-ci ildə qoyulan əməkdaşlığın davamıdır. Əvvəlki maliyyələşdirmə proqramları çərçivəsində BSTDB yerli KOB-lara verilən təxminən 150 subkrediti dəstəkləyib və ümumi məbləği 24,7 milyon ABŞ dolları olan 31 ticarət əməliyyatını maliyyələşdirib.
BSTDB haqqında
Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Ermənistan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə və Ukrayna tərəfindən təsis edilmiş beynəlxalq maliyyə institutudur. Bankın baş qərargahı Yunanıstanın Saloniki şəhərində yerləşir. BSTDB üzv ölkələrdə dövlət və özəl sektor layihələrinin, eləcə də ticarət əməliyyatlarının maliyyələşdirilməsi üçün kreditlər, kredit xətləri, kapital yatırımları və zəmanətlər təqdim etməklə iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir.
Bankın nizamnamə kapitalı 3,45 milyard avro təşkil edir. BSTDB haqqında ətraflı məlumat üçün: www.bstdb.org
Unibank haqqında
Unibank Azərbaycanın aparıcı özəl banklarından olmaqla, ölkənin sistem əhəmiyyətli maliyyə institutlarından biridir. 1992-ci ildə fəaliyyətə başlayan bank pərakəndə, korporativ və investisiya bankçılığı sahələrində geniş xidmətlər təqdim edir. Unibank Azərbaycanda rəqəmsal innovasiyaların öncüllərindən biri olub və 2021-ci ildə ölkənin ilk tam mobil bank əlavəsi olan Leobank-ı istifadəyə verib.
Bank haqqında daha ətraflı: / banker.az

Banklar     Tarix: 02 iyul 2026

Oxşar xəbərlər

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

İlkin hesablamalara görə, bankların gəlirləri 75%, xalis mənfəəti 88% artıb

Azərbaycan banklarının faiz və qeyri-faiz gəlirlərinin cəmi 2026-cı ilin ilk doqquz ayında 5 milyard 728,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75,1% çoxdur. 2025-ci ilin ilk doqquz ayında bankları

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl


iqtisadi xeberler investisiya biznes ideyalari telefonla pul qazanmaq bitkoin almaq