Qarabağ və Şərqi Zəngəzurda sahibkarlara güzəştli kreditlər hansı şərtlərlə veriləcək?
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sahibkarlara verilən dövlət zəmanətli, subsidiya mexanizmli kreditlərin maksimal məbləği 4 milyon manat ola bilər.
Bunu İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Eldar Həmidov Bakıda keçirilən "Dayanıqlı maliyyə və investisiya" mövzusunda II Bakı Forumunda bildirib.
"Bu kreditlər maksimum 7 il müddətinə verilə bilər. Onların təxminən 90%-i üçün dövlət zəmanəti tətbiq edilir. Həmçinin kreditlər üçün maksimim 3 il olmaqla güzəşt müddəti müəyyən edilir. Güzəşt müddəti kreditin müddətinin yarısından çox olmamalıdır. İllik faiz dərəcəsi maksimum 15% olan bu kreditlərin 10%-lik hissəsi subsidiyalaşdırılacaq", – deyə o qeyd edib. / banker.az

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Startup nədir və necə olur?
Biznes qurmaq üçün nə lazımdır?
Dünyanın ən varlı 10 müğənnisi
Biznes qurmaq istəyənlərə 10 məsləhət
IMEI kod nədir?