Qazaxıstan Milli Bankı kriptovalyuta ehtiyatının yaradılmasını dəstəkləyib
Qazaxıstan Milli Bankı kriptovalyutaların dövlət ehtiyatının formalaşdırılması ideyasını təsdiqləyib.
FED.az xəbər verir ki, bu barədə Milli Bankın rəhbəri Timur Süleymenovun deputatın sorğusuna verdiyi rəsmi cavabda deyilir.
Hazırda belə ehtiyatın idarə edilməsi konsepsiyası, o cümlədən onun alternativ investisiyalarla işləyən Qazaxıstan Milli Bankının törəmə müəssisəsi əsasında yaradılması imkanları müzakirə olunur.
Sənədə əsasən, kriptovalyuta ehtiyatının mənbələri müsadirə edilmiş aktivlər və "dövlətin iştirakı ilə" mədənçilik nəticəsində əldə edilmiş kriptovalyuta ola bilər. Milli Bank şəffaflıq və davamlılıq tələbləri də daxil olmaqla beynəlxalq təcrübəyə uyğun olaraq ehtiyatın mərkəzləşdirilmiş və institusional şəkildə idarə olunmasının tərəfdarıdır.
Kriptovalyuta ehtiyatının formalaşdırılması mexanizmləri hüquq-mühafizə orqanları və müvafiq idarələrlə birgə hazırlanacaq. Layihənin həyata keçirilməsi üçün qanunvericiliyə düzəlişlər tələb oluna bilər. (Banker.az)

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Shopify-da necə satışa başlamaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznes qurmaq üçün nə lazımdır?
Digital Card nədir?