Qazaxıstan Milli Bankı uçot dərəcəsini endirib
Qazaxıstan Milli Bankı uçot faiz dərəcəsini illik 16%-dən 15,75%-ə endirmək qərarına gəlib.
Marja.az xəbər verir ki, bu barədə tənzimləyicinin mətbuat xidməti məlumat yayıb.
"Qazaxıstan Respublikası Milli Bankının Pul Siyasəti Komitəsi uçot dərəcəsini müsbət və ya mənfi 1 faiz bəndi dəhlizlə illik 15,75%-ə endirmək qərarına gəlib. Qərar məlumatların təhlili və inflyasiya riskləri balansının qiymətləndirilməsilə Milli Bankın yenilənmiş proqnozları əsasında qəbul edilib", - məlumatda deyilir.
Oktyabrın 6-da Respublika Milli Bankı uçot dərəcəsinin illik 16,5%-dən 16%-ə endirilməsi barədə qərar qəbul etmişdi
"İllik inflyasiyanın dinamik azalması və 2023-cü ilin sonuna kimi onun aşağı proqnozları uçot dərəcəsinin azaldılması üçün geniş imkan yaradıb. Uçot dərəcəsi ilə bağlı gələcək qərarlar inflyasiyanın faktiki dinamikasının onun proqnozlaşdırılan trayektoriyasına uyğunluğundan asılı olacaq", - Milli Bank qeyd edib
Bildirilib ki, 2023-cü ilin oktyabr ayında illik inflyasiya 10,8% təşkil edib. 2023-cü il üçün inflyasiya proqnozu 9,3-10,3% təşkil edir.
"Qazaxıstanda 2024-2025-ci illər üçün iqtisadi artım proqnozuna yenidən baxılıb. Bu il də ÜDM artımının əvvəlki kimi 4,2-5,2% olacağı gözlənilir. 2024-cü il üçün proqnoz 3,2-4,2%-ə endirilib.
Milli Bankın uçot dərəcəsi ilə bağlı növbəti planlaşdırılan qərarı 2024-cü il yanvarın 19-da açıqlanacaq.

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
McDonalds haqqında maraqlı faktlar
ƏDV geri al və onun üstünlükləri
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Necə Bitcoin almaq olar?
Biznes plan necə yazılır?