Qazaxıstanın "Bereke bank"ı "Mir" kartlarından pulun nağdlaşdırılmasını dayandırıb
Əvvəllər "Sberbank"a məxsus olan Qazaxıstanın "Bereke bank"ı ABŞ sanksiyalarına məruz qalan Rusiya banklarının "Mir" kartlarından pulun nağdlaşdırılmasını dayandırıb, Banker.az bu barədə "Kommersant"a istinadən xəbər verir.
Bildirilir ki, məhdudiyyətlər ABŞ-ın bloklayıcı sanksiyaları altında olan banklara şamil edilir. Bank əlavə edib ki, Avropa İttifaqı və Böyük Britaniyanın sanksiyalarına məruz qalan bankların kartlarından pulun nağdlaşdırılması ilə bağlı da problemlər ola bilər.
Martın 6-dan etibarən "Bereke bank" "Sberbank"ın hesablarına istənilən ödəniş və köçürmələrin qəbulunu dayandıracaq. Eyni zamanda, martın 6-dan etibarən Rusiyaya telefon nömrəsi ilə köçürmələr mümkün olmayacaq.
Xatırladaq ki, fevralın 24-də ABŞ Rusiyanın bir sıra banklarına ("MKB", "Uralsib", "MTS Bank", "Sankt-Peterburq", "Zenit", "Lanta-Bank", "Metallinvestbank", "Primorye", "SDM Bank", "Ural Yenidənqurma və İnkişaf Bankı", "Levoberejni") qarşı sanksiyalar tətbiq edib.

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Layihə menecmenti nədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Dropshipping nədir?